Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:34 - 18.01.2019  
Cahangir Hacıyevin daha bir “qurbanlıq” krediti
Tarix: 10-01-2019, 08:28 | Bölmə: Xəbərlər » Kriminal

Həbsdəki bankir və çetesi milyonları sağa-sola paylayıb; ABB-nin Moskva filialındakı 15 minlik korrupsiya ilə bağlı məhkəmə prosesi gedir

Cahangir Hacıyevin daha bir “qurbanlıq” krediti

 

 

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində "Beynəlxalq Bank işi” üzrə daha bir proses başlayıb. Söhbət 15 milyon dollar kredit götürülməsi və geri qaytarılmamasından gedir. Hakim qarşısına təqsirləndirilən qismində Rauf Allahverdiyev çıxarılıb. Bu şəxsin kimliyi və ona 15 milyon manat kreditin hansı şərtlərlə verilməsi hələlik bilinmir. İttihamda iş adamı olduğu göstərilən R.Allahverdiyevin "Azərbaycan Beynəlxalq Bankı”nın Moskva filialından 15 milyon manat kredit götürdüyü və geri qaytarmadığı yazılıb.

Ümumilikdə isə Beynəlxalq Bankdan kredit alıb qaytarmayan sabiq və indiki məmurlar haqda mətbuatda kifayət qədər yazılar dərc olunub. 

"Beynəlxalq Bank işi” adını almış cinayət işinin istintaqı zamanı çoxsaylı belə faktlar üzə çıxıb. Məlum olub ki, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Hacı İbrahim Nehrəmli Beynəlxalq Bankdan 800 milyon dollar kredit götürüb, qaytarmayıb.

O da məlum oldu ki, sabiq deputat, hazırda həbsdə olan Dünyamin Xəlilov da Cahangir Hacıyevlə olan yaxın qohumluq münasibətlərindən istifadə etməklə Beynəlxalq Bankdan rekord sayıla biləcək məbləğdə - 1,7 milyard manat götürərək qaytarmayıb. Qeyd edək ki, Dünyamin Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal 2011-ci ildən başlayıb. Dünyamin Xəlilov 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə parlamentin deputatı olmuş D.Xəlilov Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus "Şəki Bazar” və "Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edirdi. "Beynəlxalq Bank işi”nə görə saxlanılanlardan biri də baş nazirin sabiq birinci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasov olmuşdu. Mətbuatda yer alan məlumatlara əsasən, Nadir Abbasov Gəncədə keçmiş Yeyinti Ticarəti İdarəsinin bazasında soyuducular tikmək üçün Beynəlxalq Bankdan kredit götürüb. Kreditin 10 milyon manat olduğu və son ödəmə müddətinin 2018-ci il olduğu bildirilir. İddiaya görə, onu DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə çağırıblar. Ondan krediti dərhal qaytarması tələb olunub. Krediti geri qaytara bilməyən N.Abbasov həbs olunub. Borclu məmur qohumlarından biri də Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun qardaşı - biznesmen Şahin Mövsümov idi. O, bağlanmış olan "Bank Standard”dan 100 milyon manat kredit götürüb, hələ də qaytarmayıb. Yazdıqlarımız ictimaiyyətə məlum olan faktlardır. Gələn məlumatlar isə onu deməyə əsas verir ki, faktlar bundan dəfələrlə çoxdur. Rauf Allahverdiyevin işi üzrə proses bir daha yayılan məlumatların reallıqla əlaqəsini təsdiq edir.  

Yada salaq ki, indiyədək Azərbaycanda 12 bankın lisenziyası geri alınıb, 1 bank BOKT-a (Bank Olmayan Kredit Təşkilatı) çevrilib. Bankların çöküşündə əsas amillərdən biri kimi toksik kreditlər göstərilir.

Ayın sonlarında isə hazırda 15 illik cəzasını çəkən  Cahangir Hacıyev daha bir məhkəmə qarşısına çıxarılacaq. 

Xəbər 395 dəfə oxunub






Oxşar xəbərlər

Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
Bakı yaşamaq üçün ən rahat şəhərlər sırasında niyə yoxdur?
Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır
Məktəbdə terror - 8 ölü, 10 yaralı
”Lotu Quli” Türkiyəyə qayıtdı?
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Nazir 5 polis rəisi təyin etdi, ikisini sərəncama götürdü
Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR
Bölgələrə güclü qar yağır
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?
Astanada 20 Yanvar şəhidləri anılıb
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
İran ordusunu Suriyadan çıxarmayacaq - SEPAH
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu
Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı
Qızı polis bölməsində zorladılar - ŞOK TƏFƏRRÜAT
PREZİDENT "SAM"I DA LƏĞV ETDİ - SƏRƏNCAM
Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib
AZTV-nin yeni rəhbəri kimdir?
Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını "qaz" alandırdı
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Xidmət və iaşə sektorundakı qiymət xaosu
Struktur islahatları başladı – nazirlik "Azərsilah" ASC-yə çevrilir
Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır
Göygöldə qanunsuz ov edənlər saxlanılıb
Heydər Əliyevin qohumu olan şəhid anası da "qanpulu"nu ala bilmir - MÜRACİƏT
BDU-da təyinat: Bulvar İdarəsinin rəis müavini gəldi
Yeniyetmə qız yoxa çıxıb - FOTOSU
Fikrət Fərəməzoğlunun üzünə duran “Antaliya Mehman” həbs olundu
Fazil Məmmədovun taleyi - onu bağışlamaq olmaz!
Bürclər – 14 yanvar
Paylaşımları ilə milyonlar qazanır – Fotolar
Şeyxin qudası Kardioloji Sanatoriyanın ərazisini də zəbt edib
Fəzail Ağamalı: “Ola bilsin, 2019-cu ildə parlament seçkiləri keçirilsin”
BP Xəzərdə yeni nəhəng qaz yatağının izinə düşüb
Adnan Oktar Ərdoğana məktub yazdı
Səhiyyədən NARAZILIQ: - Jurnalist Musa Urudu Gəncəyə çağırdı
“Bomj” hamını aldatdı və həbs olundu
54 yaşlı azərbaycanlı müğənni yenidən ata olacaq
Elşad Miri: İslamda dini kəbin anlayışı yoxdur – VİDEO
Nazir Daxili Qoşunların qarşısında tələblər qoydu - MÜŞAVİRƏ
Bazar gününün hava proqnozu açıqlanıb

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10783] initstartout [0.00014] initstartin [0.00061] calstart [0.00727] calend [0.00041] topnewsend [0.00306] rsssend [0.00000] ehgend [0.00484] tagsstart [0.00047] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.09100]