Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Kriminal » Vahid Ələkbərovun şərikinin qatili arvadının sevgilisidir - VİDEO
Vahid Ələkbərovun şərikinin qatili arvadının sevgilisidir - VİDEO
- 30 dek 2018, 18:23
Moskvada "Lukoil” neft şirkətinin baş podratçısı "Master-Neft” şirkətinin rəhbəri Şalva Şalyaxov öldürülüb.
Moskvada "Lukoil” neft şirkətinin baş podratçısı "Master-Neft” şirkətinin rəhbəri Şalva Şalyaxov öldürülüb.
Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu hadisə ötən gün dekabrın 29-da gecə baş verib.
Sifətinə tibb maskası taxmış şəxs Şalyaxovu Moskvadakı Qaribaldi küçəsi, ev 36 ünvanında qətlə yetirib. O, biznesmeni evinin girişində gözləyib və çoxsaylı bıçaq zərbələri endirib. Hadisə gecə yarısını keçmiş baş verib.
Şalyaxov "Master-Neft” şirkəti ilə yanaşı "Kit-Servis”, "Uqra-Steklo”, "Rusekooil”, "Yunionstroy, "Profstroy”, "Nefteqazinjinirinq” şirkətlərinin də təsisçisidir.
Hüquq-mühafizə orqanları qətlin üstünü tezliklə açıblar. Bildirilir ki, 61 yaşlı biznesmenin qətli məişət zəminində törədilib. Şübhəli şəxs qismində onun arvadının sevgilisi tutulub.
"Qətl məişət xarakteri daşıyır və mahiyyətcə biznesmenin uşağın dünyaya gəlməsindən sonra arvadı ilə maliyyə münaqişəsinin nəticəsidir”-hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Rusiya İstintaq Komitəsinin Moskva idarəsində şübhəlinin tutulmasını təsdiqləyiblər. Açıqlanıb ki, həmin şəxs 1985-ci ildə anadan olub, hazırda dindirilir. Tezliklə ona ittiham elan ediləcək.
Saxlanılan şəxs hadisənin baş verdiyi ərazidə videomüşahidə kameralarına düşüb. Kadrlara əsasən Şalyaxov gənc arvadı ilə binaya daxil olur, bir neçə saniyə sonra panika içərisində küçəyə qaçır. Bu zaman onun arxasınca qara gödəkçəli şübhəli şəxs binadan çıxıb qaçır.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Azərbaycanlı milyarderin iş ortağı öldürüldü
Araz Ağalarovun şəriki güllələndi
Vahid Ələkbərovun yaxın dostu və ortağı həbs olundu
Vahid Ələkbərov Rusiyadan QAÇIR?
Vahid Ələkbərovun naməlum ortağı meydana çıxdı və ...
Bakının məşhur plazasında atışma olub
Ramiz Mirzəyevin bacısı və yeznəsi öldürülüb: EHTİMAL təsdiqləndi
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti