BƏƏ-də xilasetmə vertolyotu qəzaya uğrayıb

  • 30 dek 2018, 10:30

Şənbə günü axşam BƏƏ-nin Ras əl-Xeymə şimal əmirliyində xilasetmə vertolyotu qəzaya uğrayıb.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli Mülki Aviasiya İdarəsinə istinadən "Reuters" məlumat yayıb.

Qəza zamanı bütün heyət üzvlərinin həlak olduğu bildirilir. Hadisə axşam saatlarında Cəbəl Cais dağı ərazisində qeydə alınıb. Onun səbəbləri barədə məlumat yoxdur. Ölənlərin sayı da məlum deyil.

Daha əvvəl Kolumbiyada hərbi vertolyot qəzaya uğrayıb.

Oxşar xəbərlər