Kiyevdə 53 kiloqram qızıl müsadirə olunub

  • 27 dek 2018, 14:29

Ukraynanın Dövlət Fiskal Xidmətinin vergi polisi Kiyevdə keçirdiyi əməliyyat nəticəsində dəyəri bir milyon dollara yaxın 53 kiloqram çəkidə qızılı müsadirə edib.

AZƏRTAC Xidmətin yaydığı məlumata istinadla xəbər verir ki, qızılların böyük əksəriyyəti Türkiyədən qaçaqmalçılıq yolu ilə gətirilib.

"Şəbəkə” adı altında keçirilən əməliyyat zamanı məlum olub ki, Kiyev şəhəri və vilayətində 9702 qızıl məhsulu gömrükdən gizlədilərək Ukraynaya gətirilib.

Oxşar xəbərlər