DAHA BİR MTN GENERALI HƏBS OLUNDU

  • 26 dek 2018, 18:59

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Əks-kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Ədalət Hüseyn oğlu Əsədullayev həbs edilib.

Yayılan xəbərə görə, Ədalət Əsədullayevə Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

Səbail rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə baş tutan qapalı prosesdə Ədalət Əsədullayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ədalət Əsədullayev Milli Təhlükəsizlik Nazirliyi ləğv olunandan sonra sərəncama götürülüb. Bundan əvvəl adı "MTN işi”ndə şahid qismində keçib.

O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işində ifadəsi alınıb.

Generalın həbsinin digər təfərrüatları məlum deyil.

Oxşar xəbərlər