Bərdədə ev partladı, 2 nəfər xəsarət aldı

  • 26 dek 2018, 16:09

Bərdə rayonunda evdə partlayış olub.

Trend-in məlumatına görə, hadisə rayonun "İnstitut meşəsi" adlanan ərazisində qeydə alınıb.

Həmin ərazidə rayon sakini Allahverdiyeva Hədiyyə Ədil qızına məxsus evdə qaz sobasının partlaması nəticəsində yanğın baş verib.

Hadisə nəticəsində evdə olan 2 nəfər - Vəliyev Elvin Azər oğlu və Hacıyev Elmin Nazim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər