Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:21 - 20.11.2019  
Əli İnsanov həbsdə ikinci qardaşını da itirdi
Tarix: 26-12-2018, 09:18 | Bölmə: Xəbərlər » Kriminal

Penitensiar Xidmət rəsmisi deyir ki, sabiq nazir müraciət etsə, qardaşının yasında iştirak edə biləcək

Əli İnsanov həbsdə ikinci qardaşını da itirdiSabiq səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanovun qardaşı vəfat edib. Bu haqda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli özünün facebook divarında yazıb.

"Mərhum Əhməd İnsanov qardaşını vaxtaşırı həbsxanada ziyarət edirdi. Ruhu şad olsun! Mərhumun yaxınlarına səbir diləyirəm. Qardaşının ölümü Əli İnsanov üçün olduqca ağır itkidir, ona azadlıq arzulayıram! Ömrünün son 13 ilini siyasi məhbus həyatı yaşayan İnsanov bununla üçüncü dəfədir ki, yaxınlarının dəfnində iştirak edə bilmir. Bundan öncə onun bacısı və qardaşı vəfat etsə də, onların dəfnində iştirakına imkan verilməyib”.

Penitensiar Xidmətin mətbuat xidmətini rəhbəri Mehman Sadıqov "Yeni Müsavat”ın sorğusuna cavabında deyib ki, bu və ya digər məhkumun belə hallarda rəsmi müraciəti olmalıdır: "Məhkumun müraciətinə baxılır. Qaydaya görə məhkum bu və ya digər yas mərasimində iştirak etmək istəyirsə müraciət etməlidir. Müracətə baxılır və qərar verilir”.

Yada salaq ki, 2015-ci ilin oktyabrında Əli İnsanovun daha bir qardaşı  Məhəmməd İnsanov vəfat etmişdi. O,  yas mərasimində iştirak etməsi üçün 13 saylı cəzaçəkmə müəssisəsinə müraciət etmişdi. Lakin Əli İnsanova qardaşının yas mərasimində iştirak etmək üçün 2-3 saat vaxt verildiyindən o, özü bundan imtina etmişdi.  "Günorta 14 radələrində bizi təcili çağırıb bildirdilər ki, Əli İnsanovun yasda iştirak etməsi üçün  2-3 saatlığa buraxılmasına dair sərəncam verilib.

Əli müəllim 2-3 saatlıq görüşə razı olmadı. Çünki yolun uzunluğu elə 1 saat yarımdan çox çəkəcəkdi. Yas mərasimi "Nəsimi bazarı”nın yanında keçirilirdi. Getmək və qayıtmaq məsafəsini düşünəndə Əli İnsanovun faktiki olaraq yasda iştirakı üçün 10-15 dəqiqə vaxt qalırdı" deyə, vəkili mediaya açıqlamasında bildirmişdi.

Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi vəzifə cinayətlərinə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib.

Həbs müddətinin bitməsinə iki ay qalmış - 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Keçmiş nazirə Cinayət Məcəlləsinin 234.1-ci (narkotik və ya psixotrop maddələr əldəetmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiqetmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə suçlanan 70 yaşlı sabiq nazir 2017-ci il aprelin 26-da 7 il azadlıqdan məhrum edilib. İyunun 22-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Yanvarın 16-da isə Ali Məhkəmədə bu məsələyə baxılıb və qərar qüvvədə saxlanılıb.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişməyib.

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətini Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Hüquq-müdafiə təşkilatları Ə.İnsanovu "siyasi məhbus” kimi tanıyıb.

Xəbər 2152 dəfə oxunub






Oxşar xəbərlər

Bakıda gəlin maşını yandı - VİDEO
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Aralıq qiymətləndirmə davam edir
Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi
Prezident iki icra başçısının yerlərini dəyişdi
ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.32639] initstartout [0.00025] initstartin [0.00106] calstart [0.01410] calend [0.00084] topnewsend [0.00525] rsssend [0.00000] ehgend [0.00708] tagsstart [0.00087] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.29689]