Asəf Məmmədovun intihar xəbəri yalan çıxdı

  • 13 dek 2018, 08:18

Naxçıvan Muxtar Respublikası baş nazirinin sabiq birinci müavini Asəf Məmmədovun intihar etməsi barədə məlumat öz təsdiqini tapmayıb.

Qeyd edək ki, son günlər Naxçıvanda A.Məmmədovun intihar etməsi barədə məlumatlar yayılıb. "AzPolitika”nın muxtar respublikada müraciət etdiyi mənbələr də belə bir məlumatın olduğunu təsdiqləyiblər. Lakin təəssüf ki, saytımızın müraciət etdiyi mənbələrin A.Məmmədovun intiharı barədə şayiələrin təsiri altında olaraq, səhv məlumat verdikləri məlum olub.

Asəf Məmmədovun intiharı ilə bağlı yanlış məlumat yaydığına görə, "AzPolitika.info” saytı oxuculardan, A.Məmmədovun özündən və yaxınlarından üzr istəyir.

Oxşar xəbərlər