Əhəd Abıyev qəzaya düşdü: “Yalandı, onu yazan p… yeyir”

  • 09 dek 2018, 11:15

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev avtomobil qəzasına düşüb.

Report-un məlumatına görə, hadisə rayonun Heydər Əliyev küçəsində qeydə alınıb.

İçərisində Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin də olduğu "Toyota” markalı avtomobil hərəkətdə olan zaman sağ tərəfdən gələn VAZ-21099 markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Unikal.org-a açıqlama verən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı yayılan xəbərləri yalan adlandırıb və bu xəbəri yayan jurnalisti təhqir edib: ”

Mən burada deputatla qəbuldayam. Onu yazanın…(söyür) Yalan məlumatdı. Onu deyən p.. yeyir (söyür). FHN-lə birgə Daşkəsən rayonunda tədbir keçiririk. Biz seçicilərlə görüşdəyik və belə bir şey yoxdur. Şərəfsiz, …(söyüş) adamlardı şou yaradırlar”.

Oxşar xəbərlər