Facebook-da saxta Musavat.com səhifəsi yaradılıb

  • 04 dek 2018, 10:42

"Demokratik.Az" musavat.com-a istinadən bildirir ki, adıçəkilən media orqanına qarşı sosial şəbəkədə təxribata yol verilib. Facebook-da saxta "musavat.com" adlı səhifə qurulub.

Müsavat məsləyə belə aydınlıq verib: "Peşəkar mediada, obrazlı desək, at izinin it izinə qarışdığı bir dönəmdə social mediada durum daha betərdir. Bir-birinin təkrarı olan minlərlə səhifə və hesab var və onlar eyni mətnləri, şəkilləri bir-birindən kopyalayaraq yayırlar. Yenə buna birtəhər təhəmmül etmək olar.

Ancaq bir də var, ölkənin ən çox tirajlı saytının adını və loqosunu birəbir eynilikdə götürərək ayrıca səhifə açmaq. Bu oyun hazırda oxuduğunuz saytın – Musavat.com-un başına gəlib. Facebook-da Musavat.com adlı səhifə fəailyyət göstərir və sayt rəhbərliyinin, eləcə də "Yeni Müsavat” media qrupunun bundan xəbəri yoxdur. Səhifənin administrator kimdir, nəçidir, məqsədi nədir – bilmirik. Hələ örtük şəkli olaraq nədən DYP avtomobili seçilib – o da bəlli deyil.

Bildiyimiz odur ki, bu, oğurluqdur, plagiatdır, biznes strukturunun loqosundan şəxsi və çox güman ki, çirkin məqsədlərlə yararlanmaq cəhdidir.

Musavat. com rəhbərliyi bununla bağlı Facebook rəhbərliyinə məlumat verəcək, lazımi tədbirlər görəcək.
Bununla belə, Musavat.com-un sadiq oxucularından xahiş edirik ki, mötərizədə göstərdiyimiz səhifəni (https://www.facebook.com/musvatcom/şikayət etsinlər və onun bağlanmasına yardımçı olsunlar. Çünki bu səhifənin varlığı təkcə oxucular arasında çaşqınlıq yaratmır, eyni zamanda hüquqi məsuliyyət yaradır. Bu, kimlərinsə bizim adımızdan şantaj olunmasına, qaralanmasına gətirib çıxara bilər.

Bizim Facebookdakı səhifələrimiz isə aşağıdakı kimidir: https://www.facebook.com/NewMusavat/ və https://www.facebook.com/tvmusavat/

"Demokratik.Az" saytı olaraq olayı biz də qınayırıq. Görünür, kimlərsə Müsavat"-ın kölgəsinə sığınmağın da bir xoşbəxtlik olduğunun fərqinə varıb. Bəlkə də Müsavat bu duruma üzülməməli, əksinə sevinməlidir...

Demokratik.Az

Oxşar xəbərlər