“Müdhiş türk” vəfat etdi…

  • 03 dek 2018, 15:48

Musavat.com xəbər verir ki, məşhur iş adamı, Amerika və Türkiyədə "müdhiş türk” kimi tanınan Əli Rza Bozqurd xərçəng xəstəliyindən Amerikada müalicə aldığı xəstəxanada vəfat edib. 

Dünyanın 20-dən artıq ölkəsində yatırımları olan Əli Rza Bozqurd ABŞ Strateji Araşdırmaları Mərkəzinin rəhbəri olub. Əli Rza Bozqurdun Türkiyə üçün önəmi isə Amerika başda olmaqla, Türkiyə lehinə gördüyü saysız işlər olub. Amerika və Türkiyə iqtisadiyyatı ilə bağlı bir sıra kitabları var. Əli Rza bəy Türkiyənin lobbiçilik fəaliyyətlərində rol oynayıb, Kaliforniyada qəbul edilən erməni soyqırımı qanununun Nyu-Cersi senatlığında rədd edilməsinə nail olub.

Qeyd edək ki, mərhum Əli Rza bəy Bozqurd Azərbaycanı sevən adamlardan biri olub. Eks prezident rəhmətlik Heydər Əliyev, Əbülfəz Elçibəy və Ümid Partiyasının sədri İqbal Ağazadə ilə də çox yaxşı və sıx münasibətləri olub. 1992-ci ilin 7 iyununda Azərbaycanda Əbülfəz Elçibəyin prezident seçildiyi seçkiləri müşahidə edən ABŞ missiyasının rəhbəri idi. O, öz xalqına, dövlətinə bağlı böyük insan, ABŞ-da, dünyanın müxtəlif yerlərində sözünə, mövqeyinə ciddi hörmət qoyulan şəxslərdən biri olub. Əli Rza bəy beynəlxalq şirkətlərin sahibi olan iş adamı, həmçinin Azərbaycan və Qazaxıstan neftinin bazarlanması istiqamətində müqavilə imzalayan ilk firmanın sahibi olmasından dolayı "Müdhiş Türk” adını almışdı.

 

 

Oxşar xəbərlər