Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

13:20 - 18.08.2019  
Azərbaycandakı erməni əsir DANIŞDI – VİDEO
Tarix: 28-11-2018, 20:34 | Bölmə: Xəbərlər » Kriminal

Azərbaycandakı erməni əsir DANIŞDI – VİDEO1994-cü il təvəllüdlü, 2014-cü il dekabrın 26-da Azərbaycan Respublikasının Ağdam rayonunda qoşunların təmas xəttində təxribata cəhd edərkən saxlanılmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 5 may tarixli qətnaməsi ilə 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş erməni hərbi qulluqçu Arsen Eduardoviç Baqdasaryan "hamının-hamıya” prinsipi üzrə azadlığa buraxılması ilə bağlı Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyana müraciət göndərib.
Arsen Baqdasaryan bununla bağlı müsahibə verib. Medianews.az REAL TV-yə istinadən həmin müsahibəni  təqdim edir.

– Bildiyiniz kimi, Azərbaycan bütün hərbi əsirlərin və girovların "hamının-hamıya” prinsipi üzrə dəyişdirilməsi təklifi ilə çıxış edib. Lakin Ermənistan hökuməti nədənsə bunu etmək istəmir. Necə düşünürsünüz, Ermənistan bu humanist prinsipi niyə dəstəkləmir?
– Mən Azərbaycan tərəfinin beynəlxalq təşkilatlar vasitəsilə rəsmi təklif göndərdiyini bilirəm. Bu barədə mənə Azərbaycanın səlahiyyətli orqanları məlumat veriblər. Lakin, təəssüf ki, erməni tərəfi mənim taleyimə biganə yanaşdı. Mənə göndərilən bildirişin mətnini oxuya bilərəm: "Arsen Eduardoviç, biz, Azərbaycan tərəfi beynəlxalq təşkilatlar vasitəsilə Ermənistana bütün hərbi əsirlərin və girovların "hamını-hamıya” prinsipi üzrə azad edilməsi barədə rəsmi təklif göndərmişik. Lakin, təəssüf ki, ordusunda xidmət keçdiyiniz erməni tərəfi Sizin taleyinizə biganə yanaşır”. Axı, mən həyatımın iki il yarımını Qarabağ torpaqları uğrunda müharibəyə vermişəm, hərbçi sözləri ilə söyləsək, azərbaycanlılar üçün "düşmən”, "rəqib” olmuşam və hər an məni öldürə bilərdilər.

<iframe class="adributor-resize" style="max-width: 100%; width: 570px; height: 0px !important; min-height: 0px !important; border-width: initial !important; border-style: none !important; margin: 0px !important; padding: 0px !important; display: block !important;"></iframe>

 

– Bizə məlum olduğu kimi, erməni tərəfi digər əsirlərin taleyi ilə də maraqlanır. Məsələn, Nikol Paşinyanın arvadı Anna Akopyan Karen Kazaryanın ailəsinə iki dəfə baş çəkib. Niyə məhz Sizə bu cür biganəlik göstərilir?
– Ona görə ki, digərləri Ermənistan ərazisində doğulublar, mən isə keçmiş DQMV-nin paytaxtı Stepanakertdə – indiki Xankəndidə. Ermənistan üçün qarabağlıların heç bir dəyəri yoxdur, biz onlar üçün "Qarabağ eşşəkləriyik”. Əgər Ermənistan məni bu respublikanın vətəndaşı hesab edirsə, onda erməni tərəfi Azərbaycanın müraciətinə müsbət cavab verməli idi.

– Siz artıq kifayət qədər uzun zamandır ki, buradasınız. Sizin Nikol Paşinyana məktubla müraciət etməyiniz üçün suyu daşıran son damla nə oldu?
– İlk növbədə, əlverişli siyasi mühit. 2016-cı ildən Azərbaycan tərəfi bütün hərbi əsirlərin və girovların "hamını-hamıya” prinsipi üzrə azad edilməsi təşəbbüsü ilə çıxış edir. O zaman "Qarabağ klanına” rəhbərlik edən Serj Sarkisyan hakimiyyətdə idi. Necə deyərlər, həbsxana insanı dözümlülüyə öyrədir və bu səbəbdən mən səbirlə gözləyirdim. İndi, Serj Sarkisyan və komandasının devrildiyi vaxtda, mən səlahiyyətli orqanlara mənə kömək göstərilməsi və Nikol Paşinyana xahişlə müraciət etməyim üçün buraya KİV nümayəndələrinin dəvət edilməsi barədə müraciət etməyə qərar verdim. Əslində, Azərbaycan tərəfi bu müraciəti göndərmək məcburiyyətində deyildi, axı, mən onların – Ermənistanda iyirmi ildən çoxdur təcavüzkar ölkə və humanizm göstərməyən tərəf kimi qələmə verilən Azərbaycanın düşməni idim. Əsl həqiqətdə isə, Azərbaycan tərəfi mənə qarşı humanizm nümayiş etdirir. Bəs erməni tərəfinin humanizmi harada qaldı? Bunu mənə kim izah edə bilər?

– Azərbaycan tərəfinin təşəbbüsünü dəstəkləməsi üçün KİV-lər vasitəsilə Ermənistan rəhbərliyinə nə söyləmək istərdiniz?
– Mən yalnız onu demək istəyirəm ki, əgər Nikol Paşinyan və onun həyat yoldaşı Anna Akopyan həqiqətən də öz xalqının qayğısına qalırlarsa, onda qoy Dilqəm Əsgərovu, Şahbaz Quliyevi və əsgər Elnur Hüseynzadəni azad etsinlər, Azərbaycan isə, öz növbəsində, doğmalarımız və yaxınlarımızla görüşmək üçün bizi sərbəst buraxır. Düşünürəm ki, erməni xalqı ölkə hakimiyyətindən Azərbaycan tərəfinin təşəbbüsünə müsbət cavab verilməsini tələb etməlidir.

– Ermənistanda söz yayılıb ki, guya sizi söylədiklərinizi vərəqdən oxumağa məcbur edirlər. Bununla bağlı nə deyə bilərsiniz?
– Söylədiklərimin hamısı öz fikirlərimdir. Mənə heç kim işgəncə verməyib və bunları deməyə məcbur etməyib. Hətta kameranı da çevirə bilərsiniz ki, divarlarda əvvəlcədən hazırlanmış heç bir mətnin olmadığı aydın görünsün. Görürsünüz, mən hər dəfə üzümü sual verən jurnalistə tərəf tuturam və təkcə kameraya deyil, həm də onun gözlərinə baxıram. Mən diktə altında heç bir söz söyləmirəm.

– Yeri gəlmişkən, qoy bu sual sizin üçün standart səslənməsin. Sizin burada saxlanılma şəraitiniz necədir? Hər hansı xahişiniz varmı?
– Mənim bir tək xahişim var – evimə qayıtmağıma kömək edin! Saxlanılma şəraitimlə bağlı deyə bilərəm ki, heç bir şikayətim yoxdur. Hətta mənə Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə doğmalarımla yazışmaq və "Skype”la danışmaq imkanı verilib. Səhhətimlə bağlı da heç bir problemim yoxdur. Dörd il ərzində, şükürlər olsun, bir dəfə də xəstələnməmişəm. Doğrudur, burada bizə ev yeməkləri vermirlər, amma qidalanma ilə bağlı hər şey normaldır. Hətta bir az kökəlmişəm.


Xəbər 1247 dəfə oxunub






Oxşar xəbərlər

Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO
"Çaşıoğlu" nəşriyyatı cərimələnib
“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib
Qurban Məmmədov Əli Kərimliyə və Sevinc Osmanqızına elə sözlər dedi ki… - VİDEO
“Qarabağ” – APOEL oyununda insident baş verib
DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU!
Fuad Əliyev Əhməd Orucun yalanını üzə çıxardı - VİDEO
Dünya iqtisadiyyatı təhlükəli fazada: Azərbaycan nə etsin?
Bakıda motosiklet sürmək qadağandır? - DYP niyə reyd keçirir?
Rusiya Təhlükəsizlik Şurasının katibi Paşinyanla görüşüb
Putin "Qəbələ"nin sabiq baş məşqçisini təltif edib
Pedofil milyarder - “Epşteyn işi” Böyük Britaniya krallığını qarışdırdı
Şoumen müxbirin Göygöl Məhkəməsində RƏZİL çıxışı - Səsyazı - "..məni burda döyəcəklər!"
Zakir Həsənov hərbi hospitalın açılışında olub
"Binə" ticarət mərkəzində yanğın olub
ABŞ Türkiyəyə təzyiqi davam etdirsə, itirəcək - Baçev
Mənsimova paxıılığın yeni ucuz ŞOUSU - möhtəkirlik?!
Erməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - (FOTO)
Masallıda yol polisini bıçaqlayıb “X5”-lə qaçdılar (FOTO)
ABŞ-ın ən yaxşı xüsusi təyinatlı hərbçilərindən biri İraqda öldürülüb
Ebola virusuna qarşı 2 effektiv preparat hazırlanıb
Saxta möhürlərdə AXCP və Müsavat izi “Mir Şahinin vaxtı”nda üzə çıxdı - VİDEO
Alimlər 500 yaşlı köpəkbalığı tapdılar
Boliviyada avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb
Ronaldu Zidan haqqında xatirələrini bölüşüb
Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınır
KXDR yeni növ raket sınağı barədə məlumat yayıb
ETSN: Dənizdə dalğanın hündürlüyü 6 metrə çatıb
Aydın Canıyev: “Azərbaycanda 80 min adam Rusiya Xüsusi Xidmət orqanlarından maaş alır”
Məktəbəqədər təhsilin yeni dövlət standartı təsdiqlənib
AMEA işçilərinin maaşları artırılıb
İkram Rəhimov aclıq edir - O karserə salınıb
Azərbaycanlı jurnalistin Ermənistana səfərindən VİDEOREPORTAJLAR
Gəncə işində 4 nəfər buraxılıb
Şirvanlı sahibkar “Məişət Maye Qaz” QSC-dən şikayətçidir - VİDEOMÜRACİƏT
ADAU-nun tələbələri Kənd Təsərrüfatı Nazirliyində TƏCRÜBƏDƏ
Peşə təhsilindən və Amil Əlilidən ŞOK ŞİKAYƏT - Peşə təhsili müəssisələrində NƏZARƏTSİZLİK ?
Şəki sakini hərbi təqaüd istəyir - MÜRACİƏT
BDU-nun müəllimi oğlunu işə düzəltmək üçün 50 min rüşvət verib – TƏFƏRRÜAT
Azərbaycandan Türkiyəyə qadın “ixrac edən” şirkətlər
Bank sektorunda təhlükəli qayıdış: Baş bankir nədən narahatdır?
Saxta "jurnalistlər" liseyə hücum çəkdi, direktoru söyüb “xox” gəldilər – Gəncədə KURYOZ OLAY
“Youtube müxalifəti”nin inqilab çağırışlarına Bakı müxalifətindən reaksiya
ABŞ həyəcan təbili çalır: İŞİD “dirilir”...
Qarabağ üçün Ankara-Moskva tandemi
Xoşqədəm Hidayətqızı sələmçi imiş - Məhkəmə QƏRARI
Açıqlama: “Yenidən güclü külək gözlənilir”
İlham Əliyev sərəncam imzaladı
Almazbek Atambayevin tərəfdarları artır
GƏDƏBƏYİN SABİQ BAŞÇISINA CİNAYƏT İŞİ AÇILIB
“Azəriqaz” İB-də kadr dəyişikliyi olub
Dolların avqustun 14-nə olan məzənnəsi açıqlanıb

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11662] initstartout [0.00012] initstartin [0.00055] calstart [0.00599] calend [0.00036] topnewsend [0.00241] rsssend [0.00000] ehgend [0.01833] tagsstart [0.00042] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08839]