Əjdər Ağayev dünyasını dəyişdi

  • 27 noy 2018, 10:15
Tanınmış təhsil eksperti Əjdər Ağayev dünyasını dəyişib.
Demokratik.Az-ın unikal.org-a istinadən məlumatına görə, Əjdər Ağayev uzun müddət idi ki, ürək xəstəliyindən əziyyət çəkirdi. Mərhum bu gecə dünyasını dəyişib.
Xatırladaq ki, Ə.Ağayev 1937-ci il oktyabrın 10-da Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub.  Lənkəran Dövlət Universitetində pedaqogika və psixologiya kafedrasının müdiri vəzifəsində çalışıb (1981-ci ildən). Bu günə kimi, Azərbaycan Təhsil Nazirliyi nəzdində pedaqogika və psixologiya elmləri üzrə Elmi-metodiki şuranın sədri, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında pedaqogika və psixologiya elmləri üzrə ekspert komissiyası sədrinin müavini vəzifəsində çalışıb. O, həmçinin publisist, tənqidçi, pedaqoq, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor olub.
Oxşar xəbərlər