"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edildi

  • 23 noy 2018, 13:25
Nazirlər Kabineti "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə”, "Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” və "Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” qərarlarda dəyişiklik edib.

"Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”nin 1.3-cü bəndinin beşinci abzasına "kateqoriyalı” sözündən sonra "(altkateqoriyalı)” sözü əlavə edilib.

"Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası”nın 4.2-ci bəndinə "kateqoriyasına” sözündən sonra "(altkateqoriyasına)” sözü əlavə edilib.

"Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları”nın 5.1-ci bəndinə "kateqoriyalı” sözündən sonra "(altkateqoriyalı)” sözü əlavə edilib. Qərar 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.
Oxşar xəbərlər