Azərbaycanlı kriminal avtoritetin ad gününə basqın edilib

  • 17 noy 2018, 00:53

2013-cü ildə Kaluqa şəhər məhkəməsinin qərarı ilə 10 il 5 ay müddətinə azadlıqdan məhrum edilən, kriminal aləmdə "Bərdəli Ruslan” kimi tanınan Ruslan Nəzərli üçün noyabrın 15-də Kaluqa şəhərində yerləşən dəbdəbəli restoranların birində təşkil edilən məclisə xüsusi təyinatlılar basqın edib.

Məclisdə iştirak etmək üçün Azərbaycandan, İrandan, Türkiyədən və bir sıra ölkələrdən qonaqlar gəlib.

Bundan başqa məclisə Azərbaycandan olan bir neçə şou-biznes nümayəndəsi də dəvət olunub.

Xüsusi təyinatlılar restoranda yoxlama apararkən Çeçenistandan gələn qonaqların üzərindən qanunsuz silah aşkar edilərək götürülüb. Bu səbəbdən bir neçə şəxs saxlanılıb.

Oxşar xəbərlər