Yasamalda qadın kirayə qaldığı evdə qətlə yetirilib

  • 15 noy 2018, 10:27

Bakıda qadın qətlə yetirilib.

"Report” xəbər verir ki, Yasamal rayonu ərazisində 1967-ci il təvəllüdlü İradə Mütəllimovanın kirayədə qaldığı evdə meyiti tapılıb.

Araşdırma zamanı onun kütalətlə başına zərbələr endirilərək qətlə yetirildiyi müəyyən olunub.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət iş ibaşlanıb. İ.Mütəllimovanı qətlə yetirən şəxsin axtarışları davam etdirilir.

Oxşar xəbərlər