Samuxda elektrik yarımstansiyasında PARTLAYIŞ

  • 14 noy 2018, 11:44

Samux rayonunda elektrik yarımstansiyasında baş verən partlayış zamanı xəsarət alanlardan birinin adı məlum olub.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 1978-ci il təvəllüdlü Elnur Natiq oğlu Həsənov müxtəlif dərəcəli  yanıq xəsarətləri alıb.

Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Oxşar xəbərlər