Yeni Zelandiyada zəlzələ baş verib

  • 30 okt 2018, 07:50

Yeni Zelandiya ərazisində 6,1 maqnituda gücündə zəlzələ baş verib.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri Uonqanui şəhərindən 98 km cənubda qeydə alınıb. Zəlzələnin ocağı 227 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Oxşar xəbərlər