Jurnalist İkram Rafiqoğlunu Dövlət Təhlükəsizlik Xidməti saxlayıb

  • 26 okt 2018, 20:43

Realliq.info (az) xəbər portalının rəhbəri bir neçə saat öncə naməlum şəxslər tərəfindən saxlanılıb. Bu barədə vəkil Elçin Sadıqov jurnalist İkram Rəhimovun Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanıldığını bildirib.

"Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətindən zəng etmişdilər. Jurnalist İkram Rəhimovun saxlanıldığını və İkram Rəhimovun özünün vəkili olaraq məni tələb etdiyini bildirdilər. Növbəti həftənin birinci günü onunla görüşəcəm”, vəkil facebook səhifəsində qeyd edib.

Sadıqov jurnalistin saxlanılmasının səbəbləri və nədə ittiham edilməsi barədə hələ məlumat yaymayıb.

Eyni zamanda Dövlət Təhlükəsizlik Xidməti də jurnalsitin saxlanılmasının səbəbələri ilə bağlı məlumat yaymayıb.

***

Realliq.info mediaportalının rəhbəri İkram Rəhimov oktyabrın 26-da mülki geyimli şəxslər tərəfindən saxlanılıb və naməlum istiqamətə aparılıb.

Bu barədə Turan agentliyi məlumat yayıb.

Bundan əvvəl o, Turan Agentliyinə gələrkən avtomobilinin Masazır qəsəbəsində naməlum şəxslər tərəfindən təqib olunduğunu bildirib.

Bu, oktyabrın 26-da Bakı vaxtı ilə 14:41-də baş verib. "Onlardan qopmağa çalışıram, amma alınmır”, deyə o telefonla bildirib.

Sonradan Rəhimov onu təqib edənlərdən qurtula bildiyini və Turan agentliyinin ofisinə tərəf gəldiyini bildirib.

Ofisə gələn Rəhimov Turan-ın direktoru Mehman Əliyevə bildirib ki, onun avtomobili Əskürü restoranı yaxınlığında yolda naməlum şəxslər tərəfindən mühasirəyə alınıb, amma o, onu təqib edən şəxslərdən qurtula bilib. Onun sözlərinə görə, onlar dörd nəfər idilər.

Rəhimov bildirib ki, Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzinə” zəng edib, hadisə haqqında məlumat verib.

İkram Rəhimov deyib ki, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisinin ünvanına tənqid yer alan açıq məktub dərc etdiyinə görə təqib edilir.

http://realliq.info/xeberlenti/14562-eli-hesenova-achiq-mektub-ozumu-yerinize-qoya-bilmedim.html

"Hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətindəyəm”, deyə Rəhimov bildirib və agentliyin ofisindən çıxıb. Amma çıxışda Süleyman Rəhimov küçəsində jurnalist mülki geyimli şəxslər tərəfindən saxlanılıb və avtomobilə oturdularaq aparılıb.

Turan agentliyi jurnalistin saxlanılmasını əks etdirən video da yayıb.

Rəsmi qurumlar jurnalistin saxlanılmasının səbəbləri ilə bağlı hələ məlumat yaymayıb.

Oxşar xəbərlər