Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:27 - 17.01.2019  
“Rabitə işi”nin əsas fiqurantı azadlığa buraxılır
Tarix: 19-10-2018, 07:59 | Bölmə: Xəbərlər » Kriminal

Oktyabrın 19-da Ali Məhkəmənin "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovu şərti azadlığa buraxacağı iddiası var

“Rabitə işi”nin əsas fiqurantı azadlığa buraxılırOktyabrın 19-da Ali Məhkəmədə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu Beytulla Hüseynovun vaxtından əvvəl azadlığa buraxılmasına dair müraciətinə baxılacaq. Belə məlumatlar var ki, Beytulla Hüseynovun cəzası 4 ilə endiriləcək və şərti hesab olunmaqla azadlığa buraxılacaq.

Eldar Mahmudovun yaxın qohumu azadlığa çıxması üçün sabiq nazirin əlaqələrindən istifadə etdiyi bildirilir.

"Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri olan Beytulla Hüseynovun azadlığa çıxmaq üçün böyük pullar xərclədiyi və bu məbləğin 1 milyon manatı aşdığı iddiası da var. Uzun illər "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinə rəhbərlik etmiş B.Hüseynov həmin dövrdə "MTN çetesi”nin qanunsuz dinləmələri həyata keçirmələrini mümkün edən avadanlıqların müxtəlif rabitə-telekommunikasiya qovşaqlarında quraşdılmasına yardımçı olub, lazımi texniki dəstək verib. 2015-ci ilin oktyabrında MTN-də gerçəkləşdirilən "təmizləmə” əməliyyatından bir neçə gün sonra Beytulla Hüseynov da istintaqa cəlb edilib. Onun həbsinin əsas səbəbi kimi "MTN çetesi”nə ölkə rəhbərliyini qanunsuz dinləməkdə yardımçı olması göstərilirdi. Barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313 (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) maddələri ilə cinayət işi başlandı. 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Beytulla Hüseynov barəsində ittihamedici hökm çıxardı.

13 il azadlıqdan məhrum edilən Beytulla Hüseynovun dövlətə 21 milyon 379 min manat ziyan vurduğu da hökmdə əksini tapmışdı. Ötən ilin noyabrında Bakı Apelyasiya Məhkəməsi Beytulla Hüseynovun barəsində gözlənilməz qərar verdi -  cəzasını ittihamlar üzrə minimum həddə qədər - 7 il 6 aya endirdilər. Bu gözlənilməz qərarın ardından Beytulla Hüseynov Ali Məhkəməyə üz tutdu. Bu dəfə də cəzasının azaldılması ilə yanaşı əmlaklarının üzərinə qoyulmuş həbsin götürülməsi iddiası ilə çıxış etdi. Ali Məhkəmədədə möcüzə hesab oluna bilən qərar verildi - dövlətə külli miqdarda ziyan vurmuş Beytulla Hüseynovun 50-yə yaxın mülkünün üzərindən həbs götürüldü. Cəzasının azaldılması ilə bağlı hissədə isə ona qarşı addım atılmadı. Həmin qərarın verilməsindən 10 ay keçib və gələn məlumatlar onu deməyə əsas verir ki, Beytulla Hüseynov azadlığın bir addımlığındadır. Bu dəfə Ali Məhkəməyə müraciətinin müsbət qarşılanacağı haqda Beytulla Hüseynov və ətrafındakılarda əminlik var. B.Hüseynovu azadlığa aparan yolun üzərindəki dəmir qapıların açılmasında Eldar Mahmudovun rol alması onda şərti cəzaya məhkum ediləcəyinə əminlik yaradıb.  Odur ki, illər əvvəl, Eldar Mahmudovun nazirliyi dövründə əl qoyduğu, lakin 2015-ci ildə MTN-dəki təmizləmə əməliyyatından sonra başa çatdıra bilmədiyi işlərə də yenidən baş vurub.

Belə aydın olur ki, Beytulla Hüseynov artıq mal-mülk davalarını da davam etdirməyə başlayıb.

Bakı sakini Ağaisa Mahmudovun sözlərinə görə, 2012-ci ildə ev alıb. Evi alandan 2 il sonra Beytulla Hüseynovun qaynı Bayram onunla görüşüb.  Deyib ki, aldığı ev vaxtilə Beytulla Hüseynovun olub. Evi kimdən, hansı qiymətə alması ilə maraqlanıb.

"Evin alqı-satqı sənədlərinə baxdı, dedi ki, sən vicdanlı alıcısan, üzr istəyib çıxıb getdi. Belə danışdı ki, guya evin neçə aldığımı dəqiqləşdirmək istəyirlər. Bu söhbətdən bir müddət sonra Beytulla Hüseynov mənə xəbər göndərdi ki, evdən çıxın. Tələblərinin qanunsuz olduğunu dedim. Pul verib ev almşam, niyə çıxmalıyam axı? Xəbər göndərdi ki, Eldar Mahmudovun qohumuyam, uşaqlara 100 min vermişəm, səni evdən çıxaracaqlar, xoşluqla çıx” - Ağaisa Mahmudov bildirir.

Onun sözlərinə görə, 2014-cü ildə evi girov qoymaqla 400 min manat bankdan pul götürüb və iş qurmağa başlayıb:"Günlərin birində məni tutub MTN-ə apardılar. Orada gördüm ki, mənə kredit verən 2 bank işçisini də tutub gətiriblər. Şərt qoydular ki, evi boşaltmasan, bank işçilərini də, səni də həbs edəcəyik. 2015-ci ilin yanvarında başlanan təzyiqlər həmin ilin avqustuna qədər davam etdi. Bankdan aldığım 400 min manata yaxın krediti Sübahir Qurbanovun rəhbərliyi altında Füzuli Əliyev və Natiq Alıyev banka ödətdirdilər. Həmin ilin sentyabrında Beytulla Hüseynov mənimlə ”Alov qülləsi"ndəki çayxanada görüşdü. Dedi ki, evi 2016-cı il yanvarın 10-na qədər boşalt çıx, özünü bizimlə pis eləmə. 3-4 aya bizim kim olacağımızı görəcəksən. 1 ay sonra, 2015-ci ilin oktyabrında Eldar Mahmudov MTN-dən qovulandan və generallar həbs ediləndən sonra Beytullanı da tutdular. Mənimlə evin alqı-satqısı olundu. Evi Beytulla Hüseynovun qaynı Tariyel Zamanovun adına keçirdilər. Dəyəri 100 minlərlə olan əmlakın alqı-satqı müqaviləsində 10 min manata satıldığını göstərdilər. 10 min manatı da özümüzdən aldılar. Oktyabrda MTN ləğv olundu, Beytullanın arxa-dayağı Eldar Mahmudov vəzifədən oldu. Məhkəməyə müraciət edib evin saxta alqı-satqı müqaviləsini ləğv etdirdim".

Ağaisa Mahmudovun sözlərinə görə, 2016-cı il yanvarın 10-da evi aldığı Tariyel Zamanov onun ünvanına gəlib:"Beytullanı söyüb təhqir edir, deyirdi ki, ev bizimdir, çıx evdən. Xətai məhkəməsinin saxta alqı-satqı müqaviləsini ləğv etməsi haqda qərarını göstərdim. Dedim ki, bu mülkü xaricdə qazandığım pulları verib almışam. 10 min manata alqı-satqı edib məndən necə ala bilərsiz axı? Oyun qurdular. Başladılar ki, guya Tariyel Zamanov 2012-ci ildə evi alqı-satqı edərkən həyat yoldaşı Nəzakət Zamanova razılıq verməyib”.

Ağaisa Mahmudov deyir ki, bu gün də Beytulla Hüseynov ona hədə-qorxu gəlməyə davam edir: "Təkidlə evimi əlimdən alacağını bildirir. Hətta Beytulla Hüseynov əminliklə Ali Məhkəmənin qərarı ilə azadlığa çıxacağını da söyləyir, bunun üçün lazımi olan ”işlər" etdiyini və azadlığa çıxmasına az qaldığını deyir. Azadlığa çıxdıqdan sonra isə mənim işlərimi tamamilə pozacağını, mənə işləməyə imkan verməyəcəyini açıq şəkildə söyləməklə hədə-qorxu gəlir. Maraqlı məqam isə odur ki, dövlət əmlakını mənimsəməklə dövlətə xəyanət etmiş biri necə belə əminliklə azadlığa çıxacağını söyləyir? Belə görünür ki, Beytulla Hüseynov hələ baş tutmamış məhkəmə prosesində elan ediləcək qərarın nəticəsini indidən bilir. Buna görə də məhkum olsa da, cəzaçəkmə müəssisəsində cəza çəkməkdə davam etsə də, mənə açıq şəkildə hədə-qorxu gələ bilir. Beytulla Hüseynovun belə əmin danışmasından sonra mənə də aydın olur ki, Zamanovların adı ilə Nəsimi Rayon Məhkəməsində başlanmış və Apelyasiya Məhkəməsində davam etmiş mülki işin taleyinə Beytulla Hüseynov birbaşa təsir göstərib".

Xəbər 610 dəfə oxunub






Oxşar xəbərlər

Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı
Qızı polis bölməsində zorladılar - ŞOK TƏFƏRRÜAT
PREZİDENT "SAM"I DA LƏĞV ETDİ - SƏRƏNCAM
Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib
AZTV-nin yeni rəhbəri kimdir?
Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını "qaz" alandırdı
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Xidmət və iaşə sektorundakı qiymət xaosu
Struktur islahatları başladı – nazirlik "Azərsilah" ASC-yə çevrilir
Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır
Göygöldə qanunsuz ov edənlər saxlanılıb
Heydər Əliyevin qohumu olan şəhid anası da "qanpulu"nu ala bilmir - MÜRACİƏT
BDU-da təyinat: Bulvar İdarəsinin rəis müavini gəldi
Yeniyetmə qız yoxa çıxıb - FOTOSU
Fikrət Fərəməzoğlunun üzünə duran “Antaliya Mehman” həbs olundu
Fazil Məmmədovun taleyi - onu bağışlamaq olmaz!
Bürclər – 14 yanvar
Paylaşımları ilə milyonlar qazanır – Fotolar
Şeyxin qudası Kardioloji Sanatoriyanın ərazisini də zəbt edib
Fəzail Ağamalı: “Ola bilsin, 2019-cu ildə parlament seçkiləri keçirilsin”
BP Xəzərdə yeni nəhəng qaz yatağının izinə düşüb
Adnan Oktar Ərdoğana məktub yazdı
Səhiyyədən NARAZILIQ: - Jurnalist Musa Urudu Gəncəyə çağırdı
“Bomj” hamını aldatdı və həbs olundu
54 yaşlı azərbaycanlı müğənni yenidən ata olacaq
Elşad Miri: İslamda dini kəbin anlayışı yoxdur – VİDEO
Nazir Daxili Qoşunların qarşısında tələblər qoydu - MÜŞAVİRƏ
Bazar gününün hava proqnozu açıqlanıb
İsa Həbibbəyli Nəsimi barədə verilən sərəncamları dəyərləndirdi
Qanunsuz saxlanılan silah-sursat götürülüb
"Çelsi"dən 21 yaşlı oyunçu üçün 55 milyon avro
“Adam baxanda dəhşətə gəlir...”- Dövlət başçısı
Rusiyanın “Spektr-R” kosmik teleskopu ilə rabitə itib
Gömrük Komitəsinin iki vəzifəli şəxsi həbs olunub
Mirşahin QHT rəhbərinin oğlunu tutdurub!
Prezidentdən sabiq nazirlərə ağır ittihamlar – “Piramida yaradılırdı, sahibkarlar incidilirdi…”
ABŞ-da "şatdaun" davametmə müddətinə görə rekordu yeniləyib
Mərkəzi Asiyanın ən dərin mağarası Özbəkistandadır
Əcnəbi diplomatlar Mehman Hüseynovla görüşdülər
Ciddi struktur islahatları olacaq - Prezident anons etdi
Ölkə başçısı ordumuzun "Polonez” və "LORA” raketlərindən danışdı
Makedoniya parlamenti bu ölkənin yeni adını təsdiq edib
“Region Gənclərinin I Sahibkarlıq Forumu” keçiriləcək - Gəncədə

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11526] initstartout [0.00014] initstartin [0.00058] calstart [0.00876] calend [0.00045] topnewsend [0.00359] rsssend [0.00000] ehgend [0.00604] tagsstart [0.00052] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.09513]