RƏZALƏT! - Türkiyədə iti zorlayaraq öldürdülər

  • 16 okt 2018, 16:02
Türkiyədə baş verən iyrənc və insanlığa sığmayan hadisə sosial şəbəkələrdə böyük etiraza səbəb olub.

Demokratik.Az Sfera.az-a istinadən
 xəbər verir ki, hadisə Tekirdağda qeydə alınıb. Naməlum şəxslər iti vəhşicəsinə zorlayaraq öldürüblər.

İtin cəsədi ağaca bağlanmış halda tapılıb. Vətəndaşlar tərəfindən tapılan cəsəd müayinə olunduqda məlum olub ki, heyvan bir neçə nəfər tərəfindən zorlanıb. Daha sonra iti döyərək öldürüblər.

Sosial şəbəkələrdə bu hadisə böyük etirazla qarşılanıb. Heyvansevənlər türk polisindən bu iyrənc və dəhşətli cinayəti törədənlərin tezliklə tapılmasını tələb ediblər. Heyvansevənlər iti əziyyətlə öldürən şəxslərin ağır cəzalandırılmasını istəyirlər.

Bu hadisə sosial şəbəkələrdə təkcə türklər yox, digər millətlərdən olan istifadəçilər tərəfindən də pislənib. Hadisənin görüntüləri böyük heyvansevər qruplar tərəfindən paylaşılıb və lənətlənib.
Oxşar xəbərlər