Demokratik TV
Xəbər lenti
Gəncədə icra başçısının müavini vətəndaşları döydü – VİDEO
- 15 okt 2018, 08:33
Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Şəhər təsərrüfatı məsələləri üzrə müavini Mikayıl Zeynalovun şəhərin mərkəzində vətəndaşları döydüyünü əks etdirən video yayılıb
Missiya.Az-ın əldə etdiyi görüntülərdə M.Zaynalovun hüquq mühafizə orqanları əməkdaşlarının müdaxiləsinə baxmayaraq, Gəncə şəhər sakinlərinə bədən xəsarətləri yetirdiyi aydın görünür. M.Zeynalov eyni vaxta iki vətəndaşa hücum çəkir. Birini yerə yıxandan sonra digərinin üstünə gedir.
Qeyd edək ki, M.Zeynalov 2013-ci ildən 2015-ci ilədək Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində çalışıb. 2015-ci ilin mart ayında Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Şəhər təsərrüfatı məsələləri üzrə müavini vəzifəsinə təyin olunub.
Məsələ ilə bağlı M.Zeynalovun özü ilə əlaqə saxlamağa çalışsaq da, təəssüf ki, o, zənglərimizə cavab vermədi.
Sfera.az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Eldar Əzizov Bakı Merinin birinci müavini təyin olundu
Azərbaycanda icra başçıları nə qədər maaş alırlar? — SİYAHI
Şikayətçilər Gəncə İcra Hakimiyyətinə "hücum çəkdi"
Hansı icra başçılarının Gəncəyə "perevod" şansı var? - ADLAR
Səbail və Mingəçevirə yeni icra başçısı təyin olunacaq
Eldar Əzizov hansı vəzifəyə təyin edilib? - açıqlama
Xalq artisti Nəriman Əzimov Gəncədə dəfn olunub
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti