Rövşən Lənkəranskinin mənəvi qardaşı həbs olundu

  • 14 okt 2018, 12:13
Çeçen əsilli kriminal avtoritet, "Şeyx Xəmzət” ləqəbi ilə tanınan Xəmzət Qastəmirov həbs olunub.

Demokratik.Az xəbər verir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, o, Almaniyanın paytaxt Berlində saxlanılıb. "Şeyx Həmzət"in hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil. Onunla birlikdə 17 nəfər saxlanılıb.
 

Qeyd edək ki, Xəmzət Qastəmirov 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur.
Oxşar xəbərlər