Türkiyəli məşhur cütlük barışdı

  • 14 okt 2018, 18:25

Türkiyənin məşhur cütlüyü müğənni Sıla ilə aktyor Ahmet Kural yenidən barışıb.

Türkiyə mətbuatı bu barədə xəbər yayıb ki, cütlük kitab təqdimatlarının birinə birlikdə qatılıb. Bir müddət öncə ayrılan məşhurlar hələ ki, barışdıqları barədə açıqlama verməyib.

Qeyd edək ki, evlənəcəkləri gözlənilən cütlük gözlənilmədən ayrılmışdı. Fotolarını sosial şəbəkədən silib, bir-birlərini izləmədən çıxarmışdı.

Daha sonra aktyor keçmiş sevgilisini izləmək istəsə də, Sıla onu "qara siyahı"ya atmışdı.

Oxşar xəbərlər