“Prezidentə can borcum var” – jurnalist Səbuhi Məmmədli

  • 12 okt 2018, 22:06

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev jurnalist Səbuhi Məmmədlinin müalicəsi ilə bağlı göstəriş verib.
Jurnalist Səbuhi Məmmədli AzNews.az açıqlamasında uzun müddətdir səhəttində ciddi problemlərin olduğunu deyib.

Bu problemlərin aradan qaldırılması üçün Ukraynada əməliyyat olunduğunu qeyd edib. Bildirib ki, son zamanlar qaraciyər və şəkər xəstəliyindən əziyyət çəkib və bu xəstəliklərin müalicəsi üçün maddi imkanı olmadığından Mətbuat Şurası vasitəsi ilə Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazıb.

S.Məmmədli sevincini belə bölüşüb: "Düzü, bu mənim üçün gözlənilməz oldu. Mənim Prezidentə bir can borcum var”.

Oxşar xəbərlər