İranda BİABIRÇILIQ: - 11-14 yaşlı 650 qız ərə verilib

  • 12 okt 2018, 19:04

İranın Şimali Xorasan vilayətində bu ilin ilk 6 ayı ərzində 11-14 yaş arası 650 qız ərə verilib.

Trend xəbər verir ki, bu müddət ərzində 15-19 yaşlarında isə 1784 qız ailə qurub.

Qeyd olunur ki, vilayətin mərkəzində qadınların orta evlilik yaşı 22, kənd yerlərində 20 yaşdır.

Bu ilin ilk yarısında həmçinin 15-19 yaşlı 348 oğlan evləndirilib.

Şimali Xorasan vilayəti erkən evlilik göstəricilərinə görə, İranda birinci yerdə qərarlaşıb.

Oxşar xəbərlər