Həbib tərəfindən döyülən məşqçi erməni imiş – VİDEO

  • 09 okt 2018, 11:26

UFC kəmər sahibi Konor Makqreqorun məşqçisi, Braziliya cui-citsusu üzrə dünya çempionu Dillon Danis ermənidir.

Oxu.Az "Rusarminfo”ya istinadla xəbər verir ki, Danis 1993-cü il avqustun 22-də Nyu-Çersidə anadan olub.

2016-cı ildən Makqreqorun məşq komandasına rəhbərlik edir.

"Çoxları bilmir, ancaq mən erməniyəm. Mən fəxr edirəm ki, bu ölkəni təmsil edirəm”, – Danis hələ 2016-cı ildə deyib.

Xatırladaq ki, bazar günü qarışıq döyüş növləri üzrə rusiyalı idmançı Həbib Nurməhəmmədov Las-Veqasda keçirilən UFC 229 turnirində irlandiyalı Konor Makqreqora qalib gəlib.

Döyüşdən sonra Nurməhəmmədov oktaqondan kənara atılıb və Dillon Danisi onun dinini təhqir etdiyinə görə döyüb.


Oxşar xəbərlər