Ramil Usubov Tərtərin polis rəisini işdən çıxardı

  • 29 sen 2018, 09:31
Daxili işlər naziri Ramil Usubov polis rəisini işdən çıxarıb.

Nazir Ramil Usubov Tərtər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidovun işdən azad edilməsi ilə bağlı əmr imzalayıb. 

Məlumatı Unikal.org-a Tərtər Rayon Polis Şöbəsindən təsdiqləyiblər.

Şöbədən bildirilib ki, hazırda rəis vəzifəsini polis polkovniki İlqar Fərəcov icra edir.
Oxşar xəbərlər