Hindistanda “islam boşanması” qadağan olundu

  • 20 sen 2018, 07:29

Hindistanda islam qaydaları ilə boşanma qadağan olunub.

Oxu.Az "Associated Press”ə istinadən xəbər verir ki, ölkə hökuməti müvafiq qanun layihəsini təsdiqləyib.

Ərin istənilən vaxt boşanma qərarını vermək haqqı qadınların konstitusion hüquqlarının pozulması kimi qiymətləndirilib.

Qeyd edək ki, Hindistanda 172 milyon müsəlman yaşayır. Onların əksəriyyəti sünnidir.

Hindistanda müsəlman kişi 3 dəfə ərəb sözü olan "talak” (boşanma) deməklə, nikahı birtərəfli qaydada poza bilər.

Yeni qaydaları pozan şəxsləri üç ilədək həbs cəzası gözləyir. Bundan sonra bu maddə ilə həbs olunacaq şəxslər girov müqabilində azadlığa çıxa bilməyəcəklər.

Oxşar xəbərlər