“Toppuş bacı” xəstəliyindən yazdı: “Yaşamaq, mübarizə aparmaq...”

  • 13 sen 2018, 20:37

"Toppuş bacı” kimi tanınana əməkdar artist Tünzalə Əliyeva xərçəng xəstəliyi ilə mübarizə aparmasından bəhs edib.

Musavat.com xəbər verir ki, xəstəxanada çəkilmiş fotosunu paylaşan aktrisa sağalacağına inandığını bildirib: "Yaşamaq, mübarizə aparmaq və gülümsəmək”.

Qeyd edək ki, bir müddət öncə əməkdar artistin uşaqlıq yolunda şiş aşkarlanmışdı və kəsilmişdi. Daha sonra onda yenidən şiş aşkarlandı.

Hazırda əməkdar artist kimyaterapiya alır.

Oxşar xəbərlər