"Qarabağ - Tv" media holdinqə çevrildi - foto

  • 11 sen 2018, 22:11

Bir müddətdir youtube üzərindən müxtəlif videoroliklər yayımlamağa başlayan "Karabagh.Tv" ən böyük arzusunu gerçəkləşdirib. Qarabağ həqiqətlərini dünyaya çatdırmaq yolunu tutan televiziya layihəsinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru, tarixçi alim Zaur Əliyevin səyi nəticəsində Azərbaycan Vergilər Nazirliyində müvafiq qeydiyyatdan keçən "Qararağ TV" hüquqi şəxsə - bir media holdinqinə çevrilib.

Demokratik.Az xatırladır ki, artıq 15 gün idi ki, buna dair sənədləşmə işləri aparılırdı.

Artıq Qarabağ Tv bu adda Azərbaycanda ilk teleşirkətdir. 

Tv-nin yaxın vaxtlarda yayım tezliyi ilə də təmin olunacağı gözlənilir.

Bir daha dəyərli alimimiz Zaur Əliyevə "Qarabağ TV"-nin inkişafı naminə uğurlar diləyir, təbrik edirik!


 

"Demokratik.Az"   

Oxşar xəbərlər