ADAU-nun rektoru FAO-nun konfransında çıxış edib

  • 09 sen 2018, 16:01

Özbəkistanın paytaxtı Daşkənd şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən "Mərkəzi Asiyada Torpaqqoruyucu və Resursqoruyucu Strategiyanın Təşviqi” mövzusunda beynəlxalq konfrans keçirilir.

 

2018-ci ilin 5-7 sentyabr tarixlərində keçirilən və 20 ölkənin nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov "Azərbaycanın kənd təsərrüfatı bu gün: reallıqlar, perspektivlər” mövzusunda məruzə edib. Məruzədə ölkəmzidə aqrar islahatlar, aqrar sahəyə və aqrar təhsilə dövlət dəstəyi, torpaqların mühafizəsi, torpaqqoruyucu və resursqoruyucu texnologiyaların tətbiqi və digər məsələlər konfrans iştirakçılarına çatdırılıb, suallar cavablandırılıb.

Konfrans kənd təsərrüfatının davamlı inkişafı, deqradasiyaya uğramış torpaqların bərpası, kənd təsərrüfatının mühafizəsi və su resurslarının idarə olunması, mühafizə olunan kənd təsərrüfatına uyğun maşınların tətbiqi mövzularının müzakirəsinə həsr olunub.

Demokratik.Az

Oxşar xəbərlər