Jurnalistlərin qalmaqalında danılmaz ARDICILLIQ - FAKTLARLA

  • 30 avq 2018, 18:04

"Demokratik.Az" saytı iki jurnalist arasında baş qaldıran lazımsız qalmaqalda xronoloji ardıcıllığı təqdim edir:

Qalmaqal 18 avqust 2018-ci il tarixdə M.Qəriblinin qısa, lakin təhqir ifadə edən statusu ilə başlayıb. - "Heç olmasa, ildə bir dəfə gedib ölən dədəsinin qəbrini ziyarət etmir, başqasının atasının şəkilini illərlə profil rəsmi olaraq saxlayır" - yazıb Məhəmmədəli Qəribli!

Osman Nərimanoğlu 4 gün sonra ad çəkmədən bu yazını yazıb: - Profillərdə "dədə şəkli axtaran" - SƏN KİMLƏRİN COCUĞUSAN? Tarix: 23-08-2018, 14:26 /Demokratik.Az saytı

---------------------------

Məhəmmədəli Qəribli adlı facebook profili /24.08.2018/daha geniş təhqirə, yalan-böhtana yol verərək "KÖHNƏ PEŞƏ SAHİBLƏRİNİN UĞURSUZ TAKTİKASI İFŞA OLDU" başlığı altında açıqlama yayıb. Biabırçı statusa Azər Həsrətlə yanaşı 39 bəyənmə gəlir. Yazılanlara 12 komment yalnız müəllifin özünə aiddir. Tərbiyyəsiz kommentlərin bir neçəsi günlər sonra silinib.

Dəfələrlə xahiş etsə də status silinmir və Mahammedali Qaribli  adlı profildə Osman Nərimanoğlunun cavab haqqı pozulur, tag imkanı bloklanır! Məcburiyyət qarşısında cavab yazılıb: - Mətbuatda mənə savaş açan "SATANA” – Sən fəlsəfi YOXLUQSAN

----------------------------

25-dən 26-na keçən gecə saat 00:30-da "SƏHİFƏM VƏ HƏYATIMDA SANİTARLIQ EDƏN OS-a" başlıqlı növbəti təhqir və iftira dolu status yayılır. M.Qəribli gecəboyu şəxsiyyət əlehinə statuslara imkan verib, qızışdırıb, 40-a yaxın rəy yazılır ki, əksəri birinci statusundakı adamlarla Osman Nərimanoğlunun ünvanına təhqir və yalanlar yağdırıb. 

O.Nərimanoğlu cavab verir: Ey MƏ! – Yalanlarınla MƏLƏMƏ! - Jurnalistdən Savadsız statusmenə 2-ci DƏRS

Bazar günü olduğundan, qalmaqalı alovlandıran M.Qəribli və "Bakı Xəbər" haqqında bilgilər əldə olunur - Bakı Xəbər"-in əməkdaşları TƏCİLİ toplandı - REDAKSİYADA "MIŞ" VAR ... sərlövhəli xəbər yayımlanır, Aydın Quliyevin və həmin yazıya etikadan uzaq münasibətlər gəlir: "Bakı Xəbər"-dən ŞOK açıqlamalar - Statuslardan mənə nə?! ..

---------------------------------

 

Məhəmmədəli Qəribli həmin günün axşamına yenə dincəlmir. Ölkə əhəmiyyətli siyasi xəbərin linkini də Osman Nərimanoğluna qarşı söyüşünə alət edir: Buna baxmayaraq qarşı tərəf yenə barışığa səsləyərək yazır: " - ...Çox üzücü durumdur, amma yenə gec deyil, SƏSLƏNİRƏM - dostum, (SİFARİŞÇİM) hara gedirik belə, QARABAĞI ALMAĞAMI? - DAYAN QƏRİBLİ!..(RİCA) və tələb!". Və yazı: "Bakı Xəbər"-in linki - Merkelin şəkli bir də "dümbələk" /Naxoş status/

Gecəyə doğru həmkarlarımızdan bir neçəsinin cəhdi sayəsində barışıq barədə razılıq əldə olunur. Hər iki tərəf üzür ifadə edərək barışığa imza atacaqlarına söz verir. Bir günlük aradan sonra, İlk addım yenə Osman Nərimanoğludan gəlir və üzürhaxlıq ifadə olunur: Jurnalist üzr tələbilə həmkarından ÜZR istədi - MƏTN!

Dünən səhər saatlarında Qəribli üzür tələbini aşkar pozur, yazdığı mətndə üzür yox, aidiyyatı olmayan mülahizələr yazır. Öz feysbuk profilində konkret adlarla rast gəlinən təhqirə görə məsuliyyət daşımadığını, üzr istəməyəcəyini bildirir. Heç öz adına da açıq üzür ifadə etmir.

Nəhayət, bugün - Osman Nərimanoğlu yenə yazır: - "Dəyərli Məhəmmədəli Qəribli! Mən hələ də səndən təhqirlərinə və barəmdə yazdığın yalanlarına görə və digər trollarının adından adbaad ÜZÜR GÖZLƏYİRƏM! Əks halda, barışdırıcı missiyasi olan dostlardan münasibət tələb edəcəm! Səninki virtual oyunbazlıqdısa, son dəfə rica edirəm - DUR!"

Təəssüf ki, qarşı tərəf öz qərəzli mövqeyində hələ də qalır. Yenə üzr istəməyəcəyini bəyan edir.

Bildirək ki, Osman Nərimanoğlu məsələnin həllində və özünə qarşı Məhəmmədəli Qəriblinin fb profili üzərindən yağdırılan təhqirin durdurulması üçün ölkə başçısına artıq müraciət edib. Jurnalist intihar edəcəyini də yazıb. Osman Nərimanoğlu Prezidentə yazdı - "Özümə qəsd edəcəyəm, ya da.."

Barəsində yazılan yalan-böhtan statuslara görə məhkəməyə təqdim ediləcək iddia ərizəsi isə artıq hazırdır.

Qarşı tərəf olanları ona qarşı şantaj və təhdid hesab edərək günahını hələ də rədd edir, növbəti statuslar yayaraq özünü haqlı sayır. Yuxarıdakı xronoloji ardıcıllıq araşdırıldıqda, aydın olur ki, Osman Nərimanoğlu ancaq jurnalistin ittihamlarını cavablandırıb, ən əsası, öz fb profilində Qəriblinin ünvanına kütləvi şəkildə mənfi rəylərin yazılmasında maraqlı olmayıb.

Reallıq budur ki, Qəribli məqsədli şəkildə iki gecə bir çox yaxını ilə dayanmadan qarşı tərəfin ünvanına yalanlar və təhqirlər yağdırıb. O.Nərimanoğlu isə artıq bir həftədir tək adla mübarizə aparır.

İndi özünüz deyin, kim kimin hücumuna məruz qalıb?..

Demokratik.Az

Oxşar xəbərlər