Tanınmış alim vəfat edib

  • 29 avq 2018, 12:32

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Azərbaycan Yazıçılar Birliyinin üzvü, görkəmli alim Zaman Əsgərli vəfat edib.

Zaman Əsgərli 1953-cü il yanvar ayının 17-də Salyan rayonuunun Kərimbəyli kəndində anadan olub. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil alıb (1970-1974).

Bir müddət Salyan rayonundakı Qaraçala qəsəbə orta məktəbində müəllim işlədikdən və hərbi xidmətini başa vurduqdan sonra  AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirən (1976-1979) mərhum alim "N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi və onun Azərbaycan ədəbi-ictimai fikrində mövqeyi" mövzusunda namizədlik (1980), "Azərbaycan faciəsinin poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.(1992). Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi olub. (1979-2002). 

Professor Zaman Əsgərli eyni zamanda ali və orta ümumtəhsil məktəblərində müəllim, professor, kafedra müdiri, "Vətənpərvər" və "Azərbaycan müəllimi" qəzetləri redaksiyalarında redaktor, şöbə müdiri, ədəbi işçi vəzifələrində işləyib. 

Əsərləri

N.Vəzirovun "Müsibəti-Fəxrəddin faciəsi". Bakı: Elm, 1985, 100 s.
Ədəbiyyat. Orta məktəbin X sinfi üçün dərslik. Bakı: Maarif, 1996, 432 səh. (şərikli).
Nəcəf bəy Vəzirov. Bakı: Şuşa, 1998, 56 səh.
Nağı dayı (publisistik povest). Bakı: Azərbaycan, 1998, 80 səh.
Əziz Mirəhmədov. Bakı: Elm, 2000, 112 səh.
Ədəbiyyat. Orta məktəbin X sinfi üçün dərslik. Bakı: Maarif, 2001, 328 səh. (şərikli).
Mirzəşəfi Vazeh. Bakı: Elm, 2010.
XX əsr Azərbaycan poeziyası (Tərtib, müqəddimə, qeydlər). Bakı, 2005
FilmoqrafiyaRedaktə

Sübhün səfiri (film, 2012)
Kəminə (film, 2018)

Oxşar xəbərlər