Jurnalist üzr tələbilə həmkarından ÜZR istədi - MƏTN!

  • 28 avq 2018, 18:12

Şəkildəki - Məhəmmədəli Qəriblidir...

Son günlər qamaqal yaşayan jurnalistlər - Osman Nərimanoğlu və Məhəmmədəli Qəribli arasındakı narazılıqda xoş hal yaşanıb. Osman Nərimanoğlu barışıq addımı ataraq, Məhəmmədəli Qəriblidən üzür tələbilə Üzr istəyərək özünün fb profilində bunları yazıb: "SAYQILI DOSTLARA! Atası sağ olanlara və dünyasını dəyişənlərə yaradanın RƏHMİ VƏ HİDAYƏTİ olsun, in-şə-Allah! Sağ atalarınıza möhkəm can sağlığı, mərhumlarımıza ulu tanrının bol mərhəməti ilə lütfü olsun deyirəm! 

Artıq üç gündür ki, tanınmış jurnalist Məhəmmədəli Qəriblinin gecələrdən səhərə düzülən təhqirlərilə STRESS həddindəyəm. 18 avqustda lazımsız yazdığı ümumiləşmiş statusuna görə... 
SİTAT: - " "Heç olmasa gedib ildə bir dəfə ölən dədəsinin qəbrini ziyarət etmir, ancaq başqasının atasının şəkilini illərlə öz profil rəsmi olaraq saxlayır...". 
Neçə günlük açılan qalmaqal sözə dəyər verən biriləri üçün çox aydın olmalıdır. Bir daha TƏƏSSÜF edirəm. Və mənim də hisslərə qapılıb həmkarıma qarşı səhvimi etiraf edirəm. Mən, iki gün sonra bildiyim məlum statusda (profil şəklimə görə) şəxsimə aid hissəsinə bir az kəskin cavab verməkdənsə, Məhəmmədəli Qəriblinin özü ilə əlaqə yaradaraq, həmin statusun silinməsini, yada ümumi xarakter aldığından mənə də təsir etdiyini bildirməliydim. Məhz bunu etməmişəm. Bu səhfimi etiraf edərək, Məhəmmədəli Qəriblinin növbəti addımından asılı olmayaraq, publika və məni tanıyanlar qarşısında 100 kərə ÜZÜR istəyir, bu nöqsanımı bağışlasın deyirəm. 
Statusa yazdığım cavab kimi, indi gəldiyim qənaətdə də yad təsirin mövcud olmadığını vacibat olaraq xatırladıram. İnanıram ki, qarşı tərəf də qalmaqalda günahın hər iki tərəfdə olduğunu etiraf edib, mənim bu üzürümə qarşılıq olaraq 2 üzür borcu olduğunu anlayıb, gələcəkdə qurula biləcək sıx dostluğumuzun, həmkar münasibətinin təməlinə öz imzasını əsirgəməyəcək... 

Hər bir halda - qardaşım (Adəm övladı zatən bir-birinə qardaşdır) Məhəmmədəli Qəribli! Səninlə şəxsi ədavətim, mediada rəqabətim olmadığı halda, başlatdığımız bu şounu durdurmaq üçün səndən umacaq və xahişim odur ki, növbəti statuslarınla şərəf və ləyaqətimi alçaltmağa yönəlik statusların mövcudluğunu, əməli nöqsanınıda sən etiraf edəsən. Buna görə, ÜZÜR istəyəsən!

İkinci üzür borcun da birinci qədər vacibdir!

Dost dar gündə tanınar deyimi məncə sənə də, mənə də dost dediklərimizin iç üzünü açdı. Səhv etsək də, qarşımıza maraqlı mənzərələr çıxdı...
XAHİŞ EDİRƏM TƏŞKİLATÇI DEYİLSƏNSƏ, BUNU DA ETİRAF EDƏSƏN!
Ötən həftənin 6-cı günündən başlayaraq, mənə qarşı hesab etdiyin üzürlü səhvimə, nədənsə təhqir və barəmdəki yalanlarla cavab verdin. İki gecə saatlarla yazdığın qeyri-məntiqi statuslarında 10-larla savadsıza, jurnalist adı daşıyan zatlara şərait yaratdın ki, təhqir dolu sözlərlə şənimi bəzəsin. 
Etiraf - bir çox normal münasibətlər də var idi. 
Guya sənə dostluqlarının ifadəsi, yaltaqca dəstəyi kimi görünən ünsürlərin - sənin dost dediyin Ramin Məhəmmə(odğlu) adından, Şirin Cəfəri olduğu deyilən "Gündəm Xəbər" profili adından, canfəşanlıq edib barəmdə pis rəy formalaşdırmağa cəhd edən digər şəxslər adından məndən xüsusilə ÜZÜR istəməlisən. Azinforum Az-ı təmsil edən qadın profillilər də daxil...
Çünki, sənə qoşulub mənə söyənlərin müstəqilliyi sənin "evin" sayıla biləcək şəxsi fb profilindən səslənirsə, məsuliyyəti və üzürü sənin boynunadır. Bu məşhur "O olmasın bu olsun" filmində Rüstəm bəyin evindəki vay-şivənə oxşardır. Mənə qarşı təhqir qonaqlığını axı, sən öz evində təşkil etmisən!
Məhəmmədəli! Məncə statusuna əlavələrlə - layk və mənə qarşı qaralama yazmaqla məşğul etdiyin adamlar sənə əsl DOST deyillər. Olsaydılar, qanı barışdırar, səhvi məndə deyil həm də səndə axtarmağa çalışar, səni səbrə, məni də barışa səsləyərdilər. Yoxsa, küçədə dalaşan tərəflərin birinə qarşı gücsüzcə bir neçə nəfərin tək adama kişilənməyinə (xoruzlanmağına) bənzədi bu addımlar...
Bu anlamda onlar sənə heç yaxşı dost olmaq haqqını artıq itirdilər. Pisləri məncə blok et, İlqar Məmmədovun söyənləri kimi dostluqdan - trolluqdan ləğv et!
Bunları etiraf edib, adları çəkilməklə məndən ÜZÜRhaxlıq etməyi bir daha xahiş edirəm....
Son günlər hər kəsə aydın göstərdi ki, qürurlansan da, mən yazı və statuslarımda bu hala əsla imkan vermədim, sənə doğrulan bir çox mənfi statusu təcili sildim. Bu sənin və mənim - qardaşların fərdi davası idi, mənə görə...
Bazar günü görüşdüyün həmkarımız İkram Rəhimovun timsalında, adını çəkmədiyim savadlı, ağıllı jurnalistlərə təşəkkürümü ifadə edir, iki gündür qalmaqalda barışıq cəhdlərini, missiyalarını yüksək dəyərləndirirəm. 
Bu üzürü istəyərək, qarşı tərəfdən geniş açıqlama ilə mənə 2 üzürün sənin boynunda haqqı var. İnanıram ki, bu haqqımı qaytaracaqsan!
Mövzudankənar: "CİP-CİP-CİP! Medianı nüfuzdan salmağa çalışanların - belə kişi davalarında ortada olan "xoruzların" quyruğu görünür. Lazım olmayan quyruqları bir-bir kəsmək diləyilə...
Həmişə inanmışam - Vaxtsız banlayarsa, çəlimsiz beçə(lər), sahibi onu da çıxarar heçə...

BUYUR, MƏHƏMMƏDƏLİ! SÖZ VƏ MÖVQEYİNİ İFADƏ HAQQI, ÜZÜR İRADƏSİ, YALANDAN KİŞİ MASKASI TAXANLARIN İFŞA HAQQI ARTIQ SƏNDƏDİR! SAYQILARIMLA!!!"

Osman Nərimanoğlu

Demokratik.Az

Oxşar xəbərlər