Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:54 - 17.12.2018  
BŞİH Abutalıbovdan sonra “əriyir”
Tarix: 25-08-2018, 09:30 | Bölmə: Xəbərlər » Kriminal

Memarlıq və Şəhərsalma Baş İdarəsindən sonra meriyanın Ticarət və Xidmət Departamentinin mətbuat xidməti də ləğv olundu; yeni icra başçısı təyinatı isə... 

BŞİH Abutalıbovdan sonra “əriyir”Ötən ay Səbayel Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) gətirilib  və Bakı meriyasının başçının müavini təyin edildi. Hazırda BŞİH-nin başçısı postu yenə boşdur, həm struktur, həm kadr islahatlarının nə vaxt aparılacağı isə məlum deyil.

Məlumat üçün onu da qeyd edək ki, BŞİH rəhbərliyində 3 əsas vəzifə var - başçı və iki müavin. Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Rauf Pənahov ötən il iyulun 20-də vəfat edib. Həmin vaxtdan onun da yerinə təyinat olmamışdı. Digər müavin isə yuxarıda da qeyd etdiyimiz kimi, başçının səlahiyyətlərini icra edirdi. Bakı şəhər icra başçısı postuna təyinat olmaması ilə bağlı bir çox iddialar var. İddialara görə, Bakıda Böyük Şəhər Bələdiyyəsinin formalaşdırılması planı var. Bu səbəbdən də şəhər başçısı postuna təyinatın olmadığı qeyd olunur. Məsələ ilə bağlı rəsmi açıqlama olmasa da, bu versiya hələ də  gündəmdədir.

Onu da qeyd edək ki, mətbuatda irəli sürülən versiyalarda indiyə kimi BŞİH-ə başçı kimi bir neçə şəxsin adı hallanıb. Onlardan biri Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur. Məlumatlara görə, Niyazi Bayramov gənclər və idman naziri Azad Rəhimovun qudasıdır. Digər versiyaya görə, Abutalıbovun yerini "Bakı Ağ şəhər”layihəsinin və "Bakond” şirkətinin baş direktoru Ruslan Sadıxov tuta bilər. Onunla bağlı da mətbuatda xeyli materiallar dərc olunub. Abutalıbovun yerinə əsas namizədlərdən biri kimi isə "AzərGold” qapalı səhmdar cəmiyyətinin sədri Zakir İbrahimovun adı çəkilir.

Yeni yaradılmasına baxmayaraq, "AzərGold” qızıl yataqlarının kəşfiyyatı, qızıl və gümüşün hasilatı və ixracı sahəsində xeyli işlər görüb. Onun fəaliyyəti sayəsində Azərbaycanın qeyri-neft ixracatında qızıl ikinci yerə yüksəlib.

Avqustun 1-də isə prezident İlham Əliyev şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmanla Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib.

Dünən isə məlum olub ki, BŞİH-in strukturu olan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidməti ləğv olunub. "Report”un xəbərinə görə, bununla ələqadar olaraq departamentin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov işdən çıxarılıb. O, məlumatı "Report”a təsdiqləyib. Ə.Bağırov bildirib ki, hələlik heç bir vəzifəyə təyin edilməyib və hazırda işsizdir.

Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Bakı Şəhər Ticarət və Xidmət Departamenti qanunvericiliyə müvafiq olaraq mülkiyyət formasından asılı olmayaraq ticarət, ictimai iaşə, məişət və digər xidmət müəssisələrinin lazımi istismarına və əhaliyə xidmətin təşkil edilməsinə nəzarəti həyata keçirən, səlahiyyətləri daxilində istehlakçıların hüquqlarının müdafiəsini təmin edən dövlət orqanıdır.

Demokratik.Az

Xəbər 1253 dəfə oxunub






Oxşar xəbərlər

Ermənistan böhran zolağında - Kreml sürprizi
Ramil Usubov “Hacı Mazan”ın rəis oğlunu işdən çıxardı
“ZƏNG VURDUM Kİ, İLHAM, 900 MİLYON LAZIMDIR…” – “Rusiya mənə təzyiq edirdi”
Oqtay Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşüb
Klub prezidentini tənqid etdi, qovuldu
Gürcüstanda yeni Konstitusiya qüvvəyə minib
İraqın şimalında 10 terrorçu zərərsizləşdirilib
Suriyaya sutka ərzində minə yaxın qaçqın qayıdıb
BMT-nin baş katibi: "2019-cu ildə Yəməndə vəziyyət pisləşəcək"
Ağcəbədinin İcra başçısı maşın karvanı ilə kəndə gedir - VİDEO
Azərbaycan iqtidarına qarşı yeni birlik yaranır
Türkiyə HH Qüvvələri 7 terrorçunu məhv etdi
Qarabağda iki erməni əsgəri ağır yaralandı
Çindən Azərbaycana karqo qaydaları dəyişdi
“İslamın 1400 illik çatı” - Səudiyyə ilə İran nüfuz savaşında
Millət vəkili Mübarizə "qatil" deyən psixoloqu YIXIB-SÜRÜDÜ
Ramiz Rövşən Allahın Yer üzünə sevgi məktubudur...
Meksika Prezidenti evtanaziyanı dəstəkləyib
“Azərkosmos” rəsmisi dünyaya işsizliyin gəldiyini dedi
AMEA işçiləri bağ-bostan əkəcəklər
İlyas İsmayılov: - “Ölkə göstərişlərlə idarə olunur”
İnqilab illüziyası müxalifəti rahat buraxmır
Eldar Mahmudov şərikinin ifadəsi ilə həbs edə bilər
Yeni ABŞ səfiri Bakıya nə vaxt gələcək?
Azərbaycanla Aİ saziş imzalamağa yaxınlaşıb
İran-İsrail qarşıdurması müharibəyə çevriləcəkmi?
Qarabağ danışıqlarında “tilsimi” kim qıracaq?
Deputat Kamran Nəbizadə sərxoş halda dava saldı
Xələf Xələfov “diplomat”ını niyə məmur “çanta”sına dəyişdi (?)
Bürclər – 15 dekabr
Ərdoğanla Tramp arasında razılaşma əldə olundu
Prezident onlara general rütbəsi verdi (SİYAHI)
Tramp soyadını dəyişmək istəyir
"Maşın Şou"da səsverməni Murad idarə edir - SƏSYAZISI
Pensiya yaşı növbəti dəfə artırıldı – Cədvəl
Mafioz, xeyriyyəçi yoxsa siyasi OYUNBAZ?! – Elkaponenin növbəti ucuz və şübhəli reklam tryuku…
Azərbaycanda yeni dövlət qurum yarandı (FƏRMAN)
Ruhi: “Gəldiyimi eşidən kimi Sibel Can məni..”
Londonda “sarı jiletlilər” “Vestminstr körpüsü”nü bağlayıb
Prezident Türkiyənin xarici işlər nazirini qəbul edib
Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi
Xətainin icra başçısı vəzifədən çıxarılıb - DOSYESİ
Şaxta babalar əlbəyaxa oldular - VİDEO
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Qız qaçıran şəxsin şikayəti rədd edildi və həbsdə qaldı
Sülhəddin Əkbər Elçibəy hakimiyyətinin səhvlərindən danışdı
Prezident Fəxri xiyabanda: "Heydər Əliyevin vəfatının 15-ci ili"
Emin Ağalarovu xanımı belə təbrik etdi - FOTO
Bu il dünyasını dəyişən tanınmışlar (SİYAHI)
"Qarabağ" Londonda "Arsenal"ın qonağı olacaq
Asəf Məmmədovun intihar xəbəri yalan çıxdı
Çin İranla nüvə sazişinin saxlanmasının tərəfdarıdır
Ulduz falı: 13 dekabr
Model plastik əməliyyatlara 1 milyon xərcləyib
BDU-da anım mərasimi - Abel Məhərrəmov çağırılmadı
İbrahim Mehdiyev danışdı - “bu xəbərin əsası yoxdur”/ ÖZƏL
Tereza Mey Britaniyanın baş naziri vəzifəsində qalıb
Adi xörək duzu bu xəstəlikləri müalicə edir
Arif Əsgərovu ayağından asmaq çağırışı
Bakıda lüks butikdən oğurluq - VİDEO
Jirinovski artistləri tənqid edib: "Axı nə qədər olar?"
Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı (VİDEO)
Ermənistana gedən maşınlar yolda qalıb
Əli Həsənov: "Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq"
İlham Əliyev sərəncam imzaladı
Erməni politoloqun Elçibəylə bağlı bənzətməsinə sərt reaksiya
ABŞ kanadalı sabiq diplomatın Çində tutulmasından narahatdır
Qarabağ Komitəsini niyə “sıxırlar”?
Naxçıvanda şok - İşdən çıxarılan baş nazir müavini intihar etdi!
Mərhum Heydər Əliyevin vəfatından 15 il ötür

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14320] initstartout [0.00020] initstartin [0.00101] calstart [0.01227] calend [0.00070] topnewsend [0.00420] rsssend [0.00000] ehgend [0.01628] tagsstart [0.00078] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10771]