"Lotu Quli"nin həbs xəbəri yayıldı - təkzib olundu

  • 22 avq 2018, 23:18
Azərbaycanlı "qanuni oğru” "Lotu Quli” ləqəbli Nadir Səlifovun həbs xəbəri yayılıb, lakin oğruya yaxınlığı ilə seçilən Virtualaz saytı məlumatı yalan adlandırıb.
 
 
 
 
 
 
"Demokratik.Az"-ın məlumatına görə, avtoritetin həbsi barədə məlumatı Yenicag.az saytı yayıb. Sayt özəl mənbəyə istinadən yazıb ki, kriminal avtoritet Çernoqoriyada, paytaxt Podqoritsada "İnterpol” tərəfindən saxlanılıb.

Məlumatı dəqiqləşdirmək üçün virtualaz.org hazırda Türkiyə ərazisində olan Nadir Səlifovun özü ilə əlaqə yaradıb. Kriminal avtoritet şəxsən həbsi barədə məlumatı təkzib edib.

Lotu Quli bildirib: - "Bu məlumat həqiqəti əks etdirmir. KİV-in mənim barəmdə yaydığı növbəti yalandır”. 
Qeyd edək ki, Nadir Səlifov azadlığa ötən il çıxıb və Türkiyəyə köçərək orada yaşayır.
 
Demokratik.Az
Oxşar xəbərlər