Türkiyədə ilahiyyatçıların savaşı: 5 ölü

  • 18 avq 2018, 16:53
Türkiyənin Ərzincan əyaləti Tərcan şəhərinin müftiliyində baş vermiş atışma nəticəsində 5 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, avqustun 17-də müftinin ofisində keçirilən iclas zamanı meydana gələn söz savaşının yekunu olaraq F.A. otaqda olanlara tapançadan xaotik atəş açıb.

Hadisə yerində 2 nəfər, o cümlədən müftinin müavini həlak olub. Daha 5 nəfər yaralanıb.

Onların sırasında özünü öldürməyə cəhd edən F.A. da olub.

Yaralılar xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə rəğmən yaralılardan üçü, o cümlədən hadisəni törədən F.A dünyasını dəyişib. Digər 2 yaralının da vəziyyəti olduqca ağırdır.

Prokurorluq araşdırmaya başlayıb.

Oxşar xəbərlər