47 azərbaycanlı məhbus İstanbulda aclığa başladı

  • 18 avq 2018, 00:26

İstanbulun Maltəpə həbsxanasında orada saxlanılan azərbaycanlıların kütləvi aclıq akiyası başlayıb. Bu barədə virtualaz.org-a həmin türmədə olan məhbus Nərahim Nəzərov məlumat verib.

İnformasiyaya əsasən, aclıq aksiyasına 47 azərbaycanlı qoşulub. Məhbuslar əsas etibarilə onları etnik zəmində sıxışdıran erməninin həbsxana rəisi təyin edilməsindən narazıdırlar.

Vəziyyətin aydınlaşdırılması üçün virtualaz.org Azərbaycanın İstanbuldakı Baş konsulluğuna müraciət edib. Diplomatik missiyada müvafiq araşdırmanın aparılmasından sonra şərh verə biləcəklərini vəd ediblər.

Oxşar xəbərlər