Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:23 - 23.07.2019  
Fədayə danışdı: "Gecələr yata bilmirdim"
Tarix: 13-08-2018, 15:55 | Bölmə: Xəbərlər » Kriminal

Fədayə danışdı: "Gecələr yata bilmirdim"Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə müğənni Fədayə Laçın ifadə verib.
O, təqsirləndirilən şəxslərdən yalnız Aqil Nəcəfovu tanıdığını bildirib: "Mən daha əvvəl Etibar Məmmədovun qardaşının toyuna dəvət almışdım. Sonra onun ad günündə iştirak etdim. Onunla da orada tanış oldum. Etibar şair idi, mənə yazdığı şeirləri, qəzəlləri atırdı. Onunla münasibətimiz belə yarandı. Etibar həbsdə olanda yanına gedib-gəlirdim. Orada şeirləri, mahnıları müzakirə edirdik. Sonuncu dəfə Etibarın yanına gedəndə məndən açar istədi. Açarın nəyə lazım olduğunu soruşanda "qiymətli qəfəs var, ora girmək istəyirəm" dedi. Mən daha əvvəllər bacımın Azərbaycan Dəmir Yollarında işlədiyini demişdim. Buna görə də məndən açar istədi. Heç bilməzdim ki, Etibar qatardan qaçar. Əvvəl açara görə bir neçə gün telefonumu söndürdüm. Sonra Aqil açara görə zəng elədi. Mən də bacıma zəng etdim. Açarı başqa adamdan Aqil götürdü. Sonra da məlum hadisə baş verdi. Hadisədən sonra məni prokurorluğa çağırdılar, özüm ora getdim".
F.Laçın söyləyib ki, Qoca Lənkərana etap edilən zaman orada onunla görüşüb: "Etibar mənə zəng etmişdi. Mən də həmin gün Lənkəranda toyda idim. Sonra onunla görüşdüm. Sonuncu dəfə Etibarla Bakıda vağzalında görüşdüm. Bizim görüşümüzə orada qarovul rəisi Ceyhun Səmədov icazə verdi. O, çantamı alıb, üstümə baxış keçirdi. Qatarda telefonumda olan mahnılara Etibar qulaq asdı. O, Ceyhundan icazə istəmişdi. Ceyhun da ona icazə verdi. Etibarın qaçmağına inanmırdım. Onun cinayətkar olduğunu tanış olandan sonradan bildim".
Daha sonra vəkillərin suallarını cavablandıran F.Laçın həmin açarı şəxsən görmədiyini qeyd edib:
"Etibarın qatardan qaçma xəbərlərini saytlardan eşitdim. O, qaçandan sonra mənimlə əlaqə saxlamadı. Mən Etibarla qatarda görüşəndə nə Ceyhun Səmədova, nə də digərlərinə pul verməmişəm. Çünki mənə hörmət edirdilər. Hətta yol polisləri məni yolda saxlayanda belə, hörmət edib, buraxıblar. Çünki məni onlar bir müğənni kimi yaxşı tanıyırdılar. Etibarla Bakıda qatarda görüşümüzdə Ceyhun Səmədovdan xəbərsiz gizlindən onunla şəkil çəkdirdim. Hətta orada Əli Ağaminin də Etibarla şəklini çəkdim".
Müğənni Bakı İstintaq Təcridxanasında E.Məmmədovla 3 dəfə görüşdüyünü bildirib: "Lənkəranda isə icazə ilə onunla görüşdüm. Bizə şəraiti polislər yaratmışdı, çay da verdilər. Bir neçə dəqiqlə Etibarla söhbət etmişəm".
Məhkəmədə məlum olub ki, F.Laçın Qoca həbsdə olan zaman onunla 32 dəfə telefonla danışıb.
Hakim deyib ki, zənglərin çoxu gecə saatlarında baş verib: "Ən çox danışıq 4030 saniyə olub. Həmin vaxt da Fədayə Laçın Etibara zəng edib".
F.Laçın bunu təsdiqləyib: "Bəli, ona mən də zəng edirdim, özü də zəng edirdi. Çünki gecələr yata bilmirdim, onunla danışırdım".
Prosesdə təqsirləndirilən Məhəmməd Hacıyev də dindirilib. O, Sumqayıtda taksi fəaliyyəti ilə məşğul olduğunu söyləyib: "Günay xanım zəng etdi. Bir qədər sonra ora gedəndə Günay Etibarı aparmaq lazım olduğunu bildirdi. Yeni çatmışdım ki, qapı döyüldü, Etibar içəri daxil oldu. Əvvəl qapıda Etibarla söhbət etdik, dedi ki, "artıq, əskik olmasın, hara lazımdır ora da sür". Mən onunla pul söhbəti aparmamışam. Əvvəl Sumqayıtdan Qaradağa apardım. Postda geri qayıtdıq, Günay nömrə aldı. Sonra getdik və Ağstafada həbs edildik".
M.Hacıyev söyləyib ki, Qoca onu təhdid edib: "Mən də qorxduğum üçün onları apardım".
Digər təqsirləndirilən Tərlan Zeynalov ifadəsində deyib ki, Qoca qaçandan sonra onunla görüşüb: "Görüşümüz ayaqüstü olub. 2000 manat pul var idi, onu gətirib Etibara verdim. Pul mənim dayım oğlunda idi. Pulu da Qocanın yoldaşı göndərmişdi. Əvvəl maşınla gəlib, məni götürüb Hökməliyə getdik. Maşında bildim ki, Etibar qaçıb. Hökməlidə onun dustaq yoldaşının evinə getdik. Axşam tərəfi pulu gətirib verib, oradan getdim".
Təqsirləndirilən Şahmar Bəyəlizadə ifadə verib. O, dostu İlqarın ona zəng edib, qonağı olduğunu bildirdiyini söyləyib: "Mən də evdə tək idim. Bunlar gəldi, mağazaya getdim. Qayıdanda dedilər ki, Fədayə Laçın həbs edilib. Yenidən mağazaya gedib, qayıdanda Etibargil getmişdi. Sonra onlarla birgə gedəndə polis bizi mühasirəyə aldı. Həmin zaman Anar yaralanmışdı. Yolda Etibar baqajdan çıxdı, onda silah var idi. Etibar polisə güllə atdı. Biz Anarla maşının saxlanmasını istədik. Etibar "saxlasan vuracam" dedi. Polis bizi tutanda Etibar yaralı idi. O, bıçağı çıxardıb özünü öldürmək istəyirdi. Lakin sonrasını görmədim".
Hakim bildirib ki, Ş.Bəyəlizadənin ifadəsində ziddiyyət var. Onun istintaqa verdiyi ifadəsi elan olunub. Bildirib ki, polislə atışmadan sonra Qoca bıçaq çıxarıb "ölsəm də sağ ələ keçməyəcəm" deyib qarnına bir neçə bıçaq zərbəsi endirib".
Təqsirləndirilən Anar Əsgərov istintaqa verdiyi ifadəsini təsdiq edib, taksi sürücüsü olduğunu söyləyib: "Gecə idi, qəsəbədən tanıdığım İlqar rayona getmək lazım olduğunu bildirdi. Maşında gedən zaman baqajdan bir nəfər çıxdı. Sonra bildim ki, bu Qocadır. Onu heç tanımırdım. Yolda polis bizi mühasirəyə aldı. Hadisə zamanı yaralanmışam. Xəstəxanada yaddaşım pozulub. Çox şey yadımda deyil".
Məhkəmədə təqsirləndirilən qarovul rəisinin müavini Tural Poladxanov ifadə verib. O, Fədayə Laçınla Günay Atakişiyevanı hadisədən əvvəl bir dəfə gördüyünü bildirib: "Qatarda 9 kamera var idi. Pəncərə yalnız bələdçinin otağında idi. Təlimata əsasən dustaq bələdçinin qatarında gedə bilməz".
T.Poladxanov dindirilən zaman hadisə barədə danışıb: "Bakıda dustaqları kameralara yerləşdirəndən sonra "Qoca" rəis Ceyhun Səmədovun yanına getmək istədi. Çünki onun həmişə problemi olurdu. Soruşanda "sənlik deyil, rəisin yanına apar" dedi. Deyəsən onu rəisin yanına mən apardım. Etibarı rəisin otağına qandalsız apardım. O, rəisin yanında qaldı. Ağamini isə rəisin otağına mən aparmamışam, bilmirəm. Gecə saatlarında yatdım, onu bələdçinin otağına aparmışdılar. Yuxudan qalxanda Günay Atakişiyevi həmin bələdçinin otaqda tək oturanda gördüm".
T.Poladxanov növbəti iclasda ifadəsini davam etdirəcək.
Prosesin növbəti iclası avqustun 15-nə təyin edilib.
Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. "Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.
Xatırladaq ki, cinayət işi üzrə 13 nəfər təqsirli bilinir və 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər müğənni F.Laçın, Penitensiar xidmətin Konvoy taborunun keçmiş komandiri Bəhruz Abdullayev, Penitensiar xidmətin üç sabiq əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.
İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.(axar.az)
Xəbər 1163 dəfə oxunub






Oxşar xəbərlər

Abşeronun "kraliça"sı gender bərabərliyini pozur?
GDU-nun elmi katibi rektorla Cehun Bayramovu üz-üzə qoydu - QALMAQAL
Az.TV-də "sədr bilməcəsi"... – Arif Alışanovun postu 7 aydır ki, boşdur?
Oqtay Şirəliyevin "ŞƏRİKLİYİ" Kardiologiya İnstitutunu məhv edir
Cəbhədə vəziyyət gərginləşib
Rüfət Aslanlı İstanbulda 30 milyonluq sarayda yaşayır
Daha bir güləşçimiz qızıl medal əldə edib
“ELÇİBƏY KQB AGENTİ OLA BİLMƏZDİ…” - Rəsul Quliyev
Bu gün Milli Mətbuat Günüdür
Fəttah Heydərov Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik edib
Çeju - Dünyanın 7 təbiət möcüzəsindən biri - VİDEO
"SOCAR"ın sabiq əməkdaşı NZS-də torpaq qalmaqalı yaşayır - GİLEY
ADAU 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
Asif Mərzili: “Hesab edin ki, jurnalistikamız da torpaqlarımız kimi müvəqqəti işğal olunub…”
Bakı-2019: Azərbaycan yığması paraddan keçib
“Qocaltma” proqramında geriyə yol yoxdur!
Leyla Yunus anormallığına CAVAB - VİDEO
Elçibəyi müdafiə etməyən Əli Kərimovun susqunluğunun ÜÇ SƏBƏBİ
Gəncə Dəmiryolu vağzalında yanğın olub
Oğrular həmkəndlisi çıxdı - Qusarda
Davudoğlu gizlinləri açdı - Ərdoğana açıq İTTİHAMLAR
“Jurnalist təmənnalıdırsa, yaltaqdırsa, simasızdırsa,.” Qulu Məhərrəmli
Masazırda "BMW" 5 maşını vurdu, bir sürücü isə vəhşicəsinə döyüldü + VİDEO
Hamı Aprel döyüşlərindəki mayorun atasından danışır
Rusiya Avropanı gözlənilmədən vura bilər - ŞOK İDDİA
Prezident İlham Əliyev Belçika Kralını təbrik edib
Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb – Şok
Ermənilərin Naxçıvan panikası – İrəvan strateqləri odla oynayır
İnsanlar yüksək maaş və pensiyalar almağa macal tapmamış...
“Türk axını” Cənub Qaz Dəhlizinə rəqib, yoxsa...
Akif Nağı Avropada keçiriləcək mitinqə qatılacaq
Qulu Məhərrəmli "Cümhuriyyət - 100" medallarından yazır
“KİVDF ləğv olunmalıdır” – Mehman Əliyev
Elçibəydən oğurlanan 200 min dollar üzə çıxdı - ŞOK VİDEO
Aİ-dən Türkiyəyə 1,41 milyardlıq yardım
“S-400”ləri yaradan azərbaycanlı (FOTOLAR)
Aqil Abbas Oqtay Şirəliyevi “yıxıb-sürüdü”
AXH-nin yürüş müraciəti rədd edildi
Leyla Yunusdan Elçibəyə ağır ittihamlar - Əli Kərimli niyə susur?
Bəşər Əsədin qardaşına məxsus qüvvələrə hücum olub
Okean dibində üzən ÜNO-lar barədə - VİDEO
Azərbaycanda əmək haqqı artırıldı
Mələk Çakmak ADAU-da mühazirə söyləydi
AQTA-nın MÜƏMMALI TENDERİ – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
XƏYANƏTİN QURBANI HÜSEYN CAVİD – Tarix heç kimi unutmur!
ANS "Gelandevagen" xəbərinə cavab verdi
Rusiyada 10 gizli silah emalatxanası aşkar edilib
Əflatun Amaşov da Keşikçidağ BARƏDƏ
Ermənilər Göygöldə traktora atəş açdı
Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni – Niyə indiyədək heç kimə verilməyib? – AÇIQLAMA
Ramaldanov: “Keşikçidağda sərhədçilərimiz çox doğru hərəkət ediblər”
Baş mühasib 2 il sonra DİN-i niyə ittiham edir? – Rəsmi
Əli Əhmədov BMT-də çıxış edib
Həbsxanada işgəncə: yeni şok kadrlar - VİDEO 18+
FİFA referisi Azərbaycandan gedir
Ərdoğana məktub: Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar
Sosial şəbəkələr çökdü
Vahid Mustafayev “Galenvagen”lə qayda pozdu
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi - VİDEO
Azərbaycan əhalisinin sayı açıqlanıb
1 nömrəli "qanuni oğru"nun həbsinin “Quli”yə nə dəxli?
Türkiyənin taleyi üç il öncə dəyişsəydi - VERSİYALAR
Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
“Google” casusluq iddialarına cavab verdi
Aİ Komissiyasında ilk qadın prezident
Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı
İlin ikinci Ay tutulması başlayıb
“Qaynar Qazan”da Mirşahin Ağayev: “Dövlət İlham Əliyevdir…
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17334] initstartout [0.00012] initstartin [0.00054] calstart [0.00663] calend [0.00037] topnewsend [0.00263] rsssend [0.00000] ehgend [0.04036] tagsstart [0.00044] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12223]