Mingəçevirdə zəhərlənmə olub - Nişanda

  • 13 avq 2018, 15:14

Mingəçevir şəhərində nişan mərasimində gəlin və daha 10 nəfərin zəhərlənməsinin təfərrüatı məlum olub.

"Report” xəbər verir ki, avqustun 12-də şəhərin Günəşli yaşayış massivində Araz Aşurovun həyətində qızı Xumarənin nişan mərasimi keçirilib və tədbirdə 60 nəfər iştirak edib.

Qonaqlara plov, dolma, doğva təamları və müxtəlif salatlardan təklif olunub. Müəyyən müddət sonra qonaqların halı pisləşib. Müxtəlif nəqliyyat vasitələri, o cümlədən təcili tibbi yardım maşınları ilə durumu ağır olan mərasim iştirakçıları xəstəxanaya çatdırılıb. Eyni zamanda gəlin Xumarə Aşurova da mənşəyi bəlli olmayan qidadan mədə-bağırsaq pozğunluğu keçirərək xəstəxanaya yerləşdirilib. Bundan başqa, 2001-ci il təvəllüdlü Rəna Qəzənfər qızı Aşurova sonradan xəsrəxanaya aparılıb. Eyni zamanda Ağdaş rayonundan -oğlan evini təmsil edən üç qonaq evə qayıdarkən oxşar problemlə üzləşib və rayonda ev şəraitində müalicə olunublar.

Artıq xəstəxana şəraitində müalicə alan xəstələrdən 7-si mərhələli şəkildə evə buraxılıb. Yalnız 5 yaşlı Şəfa Mirzəliyevanın müalicəsi hələ də davam edir. Ağdaşdan olan digər üç zərərçəkənin də vəziyyətinin normallaşdığı bildirilir.

Qeyd edək ki, hadisədən sonra zərərçəkən şəxslərdən nümunələr götürülərək Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Mingəçevir şəhər laboratoriyasına təqdim olunub.

Demokratik.Az

Oxşar xəbərlər