Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:31 - 23.04.2019  
“Qanuni oğrular”ın “obşak” davası - təfərrüat
Tarix: 8-08-2018, 10:48 | Bölmə: Xəbərlər » Kriminal

Laşa Şuşanaşvili, Merab Canqveladze və...

“Qanuni oğrular”ın “obşak” davası - təfərrüatİspaniya  polisinin Marbelye şəhərindəki restoranlardan birində keçirdiyi əməliyyat zamanı həbs edilən "rus mafiyası” liderləri barədə yeni sensasion məlumatlar var. Virtualaz.org xəbər verir ki, həbs edilənlərin adları Rusiya mənbələri tərəfindən açıqlanıb. Üstəlik, məlum  olub ki, onlar "Lotu Quli” ləqəbli məşhur kriminal avtoritet Nadir Səlifovun adamını aradan götürmək üçün plan qururmuşlar.

Marbelyedə həbs edilənlər "Artyom Saratovski” ləqəbli erməni "vor zakon” Artyom Sərkisyan, habelə Laşa Barateli ("Çia”) və İrakli Pipiyadır ("İki Suxumski”). Onlar "Rövşən Lənkəranski”nin klanına daxil olan "Merab Suxumski” ləqəbli Merab Canqveladzenin adamlarıdır. "Rosbalt”ın əldə etdiyi məlumata görə, tutulanlar rəqib qruplaşmanın, yəni "Lotu Quli”nin klanının İspaniyaya getməyə və orada bu ilin iyun ayında darmadağın edilmiş mütəşəkkil qruplaşmanı yenidən təşkil edərək Avropada güc nümayiş etdirməyə hazırlaşan üzvünü aradan götürmək üçün plan qurublar.

İyun ayında İspaniyada MDB ölkələrindən olan 129 mütəşəkkil cinayətkar qruplaşma üzvü həbs edilib. Hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər ki, 2010-cu ilə qədər "rus mafiyası”nın Avropa "obşakı”ına Laşa və Kaxaber Şuşanaşvili qardaşlarının klan üzvləri nəzarət edirdi. Həmin il klanın onlarla üzvü, o cümlədən Kaxa həbs edilib.

Kaxa 2016-cı ildə 10 il həbs cəzası alıb. Qardaşı isə Yunanıstanda həbs edilib, amma 2015-ci ildə azadlığa çıxıb. Bu ilin aprelində Laşanı Yunanıstanda yenidən həbs ediblər.

"Yeni Müsavat” xatırladır ki, Yunanıstanın Soloniki şəhərində keçirilən xüsusi əməliyyatda xüsusi antiterror bölməsinin 100 döyüşçüsü iştirak edib, polis vertolyotundan istifadə olunub. Yunanıstan mətbuatının məlumatına görə, polis müqavimətlə üzləşib və atəş açıb. İki nəfər yaralanıb.  

Həbs olunanların evlərində axtarış zamanı Yunanıstan polisi pul, oğurlanan qiymətli bəzək əşyaları, texnika və saxta sənədlər aşkar edib. Polisin verdiyi məlumata görə, təkcə Salonikdə bu qrup 56 ev və bir neçə lombardı qarət edib. Son bir il ərzində qruplaşma tərəfindən dəyən zərər 1 milyon avrodan çoxdur.  

“Qanuni oğrular”ın “obşak” davası - təfərrüatGürcü kriminal qruplaşması Yunanıstanda Laşa Şuşanaşvili və həbs olunanlar arasında daha bir neçə şəxsin ekstradisiyasını tələb edən Fransa prokurorluğu tərəfindən verilən Avropa orderi (EAW) əsasında həbs olunub.

56 yaşlı Laşa Şuşanaşvili postsovet məkanının "oğru dünyası”nın azadlıqda qalan az sayda liderlərindən biriydi.

Bu həbslərdən sonra isə Şuşanaşvili qardaşlarının klanı zəifləyib. Bundan sonra Avropa "obşakı”ına "Rövşən Lənkəranski”nin müttəfiqi kimi Canqveladze iddia etməyə başlayıb. Amma "Rövşən Lənkəranski”nin güllələnməsi Canqveladzeni də zəiflədib.

“Qanuni oğrular”ın “obşak” davası - təfərrüat

Məlumdur ki, ötən ilin payızında Nadir Səlifov azadlığa çıxıb və Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində nüfuzunu gücləndirib. Habelə Avropa "obşakı”ına nəzarət uğrunda mübarizəyə başlayıb. "Lotu Quli”nin "fəth etməyə” hazırlaşdığı növbəti ölkə İspaniya olub. Canqveladzenin klanı isə buna müxtəlif yollarla mane olmağa çalışıb. Lakin onun adamları İspaniyada həbs edilib.

Mərhum "Lənkəranski”nin gürcü "qanuni oğru”larla münasibəti həmişə yaxşı olub. Kriminal aləmin ən odioz fiqurlarından olan "Suxumski”  1962-ci il noyabr ayının 20-də (əqrəb bürcü) Suxumidə anadan olub. "Qanuni oğru” adını gənc yaşlarında alıb və kriminal aləmdə onun ailəsini təmsil edən kiçik qardaşı da var. 1975-ci ildən anadan olan Levan da "Suxumski” ləqəbi ilə tanınır. Merabın kiçik qardaşı Levan da kriminal aləmin nüfuzlu şəxslərindən hesab olunur. 1975-ci ildə anadan olan Levanın da  "Lənkəranski” ilə yaxşı münasibətləri olub.

 "Suxumski”nin "Lənkəranski” ilə ən yaxın müttəfiq və "Ded Xasan” klanının ən qatı düşmənlərindən biri olduğu məlum həqiqətdir. Bir neçə il əvvəl Avropada Rusiya mafiyasına qarşı əməliyyatda həbs edilən "Suxumski”nin son olaraq İtaliyada məskunlaşdığı deyilirdi. Məsələ ondadır ki, Rusiya hüquq-mühafizə orqanları "Suxumski”nin vətəndaşı olduğu ölkəyə qayıtmasını hələ bir il öncə rəsmən əngəlləyiblər.  Ötən ilin iyun ayında Moskva məhkəməsinin hakimi Nelli Rubçovanın sədrliyi ilə keçirilən prosesdə "Suxumski”nin Rusiya vətəndaşlığının ləğvinə baxılıb. Qərara görə, "Suxumski” özü haqqında doğru məlumat verməməsi səbəbindən vətəndaşlığına son verilib.

Rusiya KİV-ləri yazırdı ki, "Suxumski” 10 il müddətinə azadlıqdan məhrum edilən Zaxari Kalaşovdan ("Şakro”) sonra kriminal aləmdə "nömrə 1" olmaq iddiasında idi.

"Yeni Müsavat”

Xəbər 1141 dəfə oxunub






Oxşar xəbərlər

Azərbaycanlı kriminal avtoritet güllələnərək ÖLDÜRÜLDÜ
Suriyada PKK tərkibində yeni erməni terror qrupu yaradılır
Analitik material: Ukraynanın şoumen prezidenti
Araz Əlizadə: "Dallarına şalvar ala bilmirlər, amma it saxlayırlar"
Pərviz Şahbazov: "Neftin qiyməti qənaətbəxşdir"
Sabah Azərbaycanda intensiv yağış yağacaq
Prezident Şri-Lankalı həmkarına başsağlığı verib
İmişli Rayon İHB-yə yeni müavin təyin olunub
Azərbaycan-Türkiyə birgə hərbi təlim keçirəcək - VİDEO
AXH-nin parçalanması reallaşır - daha bir ayrılıq toplantısı...
Cəbhədə erməni təxribatları davam edir
“Bakıda Soyqırımı muzeyi yaradılsın!” - Deputat ÇAĞIRIŞ ETDİ
“Bolton planı” “Lavrov planı”na qarşı - Gərginlik
ABŞ-dan bəzi ölkələrə NOTA: "İran neftini almayın!"
Dünyada 263 milyon marixuana istifadəçisi var
Elinanın çantasına psixotrop tabletkanı KİM və niyə qoyub? – Xalidə Bayramovaya AĞIR suallar? + VİDEO
Vladimir Zelenski “exit poll”un nəticələrini şərh edib
Devrilmiş prezidentin evindən 115 milyon dollar pul çıxdı
Zelenski baş prokuroru vəzifəsindən uzaqlaşdıracaq
Eldar Namazov: “Bu, Azərbaycan üçün növbəti siyasi tələdir”
Paşinyan Azərbaycanı bu səbəbə görə müharibəyə çəkir
“Azərbaycanı boğa bilməyənlər...” – Deputatdan açıqlama
Cavid Qurbanova yeni səlahiyyət verildi
Cahangir Əsgərovun qızının milyonları üzə çıxdı
Bakıda fəhlə 13-cü mərtəbədən yıxılaraq ölüb
Zelenski Poroşenkonu yenəcəksə - cinayət işləri açılacaq
Kamal Kılıçdaroğluna Ankarada belə hücum etdilər - VİDEO
10 min dollardan çox kredit borcu olanlara da güzəşt ediləcək
Azərbaycan XİN Şri-Lankada törədilən terror aktlarını pisləyib
Qarabağlı aviasiya marşalının ən böyük sirri... - FOTOLAR
Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
İkram Rəhimovun məhkəməsində “Hürriyyət”in adı niyə çəkilib? - ŞOK AÇIQLAMA
"Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiqlənib
Xaricdən avtomobil gətirən şəxslər əlavə ödənişlərə məcbur edilir /FAKTLAR
Generaldan proqnoz: "Rusiya parçalanacaq"
"Yasin Quliyevin ABŞ-da oxumasına dəstək olaq" – Qubad İbadoğlu
Baş nazir elektrik enerjisi ilə bağlı qərara dəyişiklik etdi
Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir
ABŞ-da hücum hazırlayan məktəbli qızlar saxlanılıb
Meksikada zavodda yanğın baş verib
"Bacısına dovşan şəkli göndərib"- qanlı hesablaşma
"Yuventus" ardıcıl 8-ci dəfə İtaliya çempionu olub
Xameneyini təhqir edən alimə 13 il həbs cəzası verildi
Əhmədzadələri və quda Rüstəmovu "erməni izi" də vurdu...
2-ci dünya savaşında jurnalist kimi çalışan agent qadın – Fotolar
Bakıda dəhşət – Dayı azyaşlı bacısı qızını zorladı
Nazir müavini Qubada vətəndaşları qəbul edib
Rusiyada işləyən vətəndaşlarımıza ŞAD XƏBƏR
AXH Qarabağ forumu keçirir
“Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər” - Deputat
Ucqar rayonlara sulu qar və qar yağıb
ADAU-da 4 xarici dildə konfrans keçirilib
İsmayıllıda narkotik satan şəxslər saxlanılıb
“Valideyn daim müəllim, sinif rəhbəri ilə ünsiyyətdə olmalıdır” – Nazir
Gürcüstan PA-nın rəhbəri istefa verib
Qadın sürücünü təhqir edən Zakir Fərəcovun əmisi oğludur (VİDEO)
Makron PKK/PYD terrorçularını Yelisey sarayında qəbul etdi
Vəhşi it körpəni beşikdən oğurladı - VİDEO
İmamoğlu Ərdoğanı hava limanında qarşıladı- VİDEO
Sənay Qəhrəmanlıya hücum edənə 15 sutka verildi
MKİ direktoru: “İran və Rusiyaya qarşı daha çox pul və vaxt ayırmışıq”
İcra başçısı prezidentə niyə yalan məlumat verdi? – “Su problemi yoxdur…”
Binəli Yıldırımdan İmamoğlunun qələbəsi ilə bağlı tvit
“O qız qardaşımın gənclik səhvidir” — Nazpəri
Fuad Abbasova ağır ittihamlar: "Sən Azərbaycan vətəndaşlığı olan erməni terrorçususan"
Fuad Qəhrəmanlının qızına hücum edən saxlanıldı
"Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur" — Şəbnəm yenə “gül vurdu”
“Demokratik.Az”-a qarşı sifarişli Qətnamə - “Ə + Ə = 2000” DÜSTURU
"İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var"
Əli İnsanova... zəng çatmır; o müxalifətçiləri umsuq etdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.18948] initstartout [0.00017] initstartin [0.00089] calstart [0.01113] calend [0.00065] topnewsend [0.00493] rsssend [0.00000] ehgend [0.02083] tagsstart [0.00074] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.15008]