Oktarın evindən xeyli silah çıxarıldı - FOTO

  • 12 iyul 2018, 10:42
Adnan Oktar və dəstəsinin ələ keçirilməsi istiqamətində səhərə yaxın İstanbulda başlayan əməliyyat zamanı yüzlərlə silah-sursat ələ keçirilib.

Demokratik.Az Milli.Az-a  istinadən xəbər verir ki, Oktarın Çengelköydəki evində aparılan axtarışlarda ələ keçirilənlər İstanbul Polis İdarəsinə gətirilib. Gətirilənlər arasında silahların da olduğu məlum olub.

Müxtəlifi marka və ölçülərdə tüfənglərlə yanaşı, Oktarın yüzlərlə tapançası olduğu da aşkar edilib.

Bu qiqəyə qədər 166 şübhəlinin saxlanıldığı əməliyyat çərçivəsində çox sayda ünvanda araşdırma aparıldığı, axtarışlara polis helikopterinin və dəniz polisinin də dəstək verdiyi deyilir. Saxlanılanlar arasında Adnan Oktarın vəkilləri də var.

Oxşar xəbərlər