Türkiyədə sərnişin qatarı qəzaya düşdü

  • 08 iyul 2018, 21:21

Türkiyənin Tekirdağ əyalətində sərnişin qatarı qəzaya uğrayıb.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, Uzunkörpü-İstanbul marşrutu üzrə hərəkət edən qatarın beş vaqonu relsdən çıxaraq aşıb.

 

Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilsə də, onların dəqiq sayı barədə hələlik məlumat verilmir. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. İlkin məlumata əsasən, qəza zamanı qatarda 360 sərnişin olub.

Oxşar xəbərlər