Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

09:55 - 20.09.2018  
Günün ulduz falı: 4 iyul, 2018
Tarix: 4-07-2018, 10:40 | Bölmə: Xəbərlər » Kriminal

Günün ulduz falı: 4 iyul, 2018Qoç – Yaşananların məzmununu anlamağa çalışın.

Onsuz da gərgin olan əlaqələri ağırlaşdırmayın. Yeni ideyaları reallaşdırmağa tələsməyin. Olaylarda yeni mərhələ, dönüş anı yaxınlaşır. Malik olduqlarınızı araşdırın, təhlil edin.

Günün ikinci yarısında mövqeləriniz əvvəlki günlərlə müqayisədə səbatlı deyil. Sınaqlardan keçməlisiniz. İmtinalar eşidəcəksiniz. Baş verməsi çətin, müşkül saydığınız hadisə yaşanacaq.

Karyeranızda irəliləməyə çalışın, çünki belə davranış şəxsi münasibətlərinizə də təsir edəcək.

Axşam saatlarını yaxınlarınızla keçirin.

Buğa – Daxili gərginliyin əsirinə çevrilərək gah bu, gah da başqa işi görməyin. Fəaliyyət arealında qayda yaradın. Başladığınız işləri yarımçıq qoymayın, məntiqi nəticə hasil olanadək dayanmayın. Diqqəti aktual məsələnin həllinə yönəldin.

Günün ikinci yarısında situasiyanın heç bir səbəb, motivasiya olmadan dəyişəcəyinə hazırlaşın. İşdə rəhbərlik və həmkarlarla kəskin mübahisələrə başlamayın. Çətin situasiyalardan çıxış yolunun birgə axtarışında lider olmağa çalışmayın.

Müstəqil fəaliyyət indiki zamanda daha effektiv ola bilər. Problemlərin həllini ertələməyin.

Axşam saatlarında gəzintiyə çıxın.

Əkizlər – Hiperaktivlik etməyin, məzmununa bələd olmadığınız işlə bağlı təşəbbüsə qapılmayın. Məlumatlar toplayın, müşahidə edin, deyilənlərə qulaq asın. Müzakirələr və toplantılar üçün yaxşı zamandır.

Hansısa insana qəfil marağınız yarana bilər. Yeni layihə seçin.

Günün ikinci yarısında həmfikir olduğunuz insanla təmasları gücləndirin.

Fəal olun, maraqlarınızın təminatına can atın. Axşam saatlarında ev işlərinin görülməsi və məişət qayğılarının çözülməsi sizi gün ərzində yığılmış stressdən qurtarar.

Xərçəng – Maliyyə məsələlərində təşəbbüsləriniz uğurlu ola bilər. Yeni işlərdə məhdudiyyətlər yaranacq. Təxirə salınmış, yaxud unudulmuş məsələlərdən biri yenidən gündəmə gələcək. İtirdiyiniz əşyanı tapmaq, can atdığınız məlumatı almaq şanslarınız var.

Amma həddən artıq maraq göstərdiyiniz sahədə itkilər, gecikmələr, tərəfdaşların səhlənkarlığı və unutqanlığı istisna deyil.

Günün ikinci yarısında yaxınlarınızla, ailə üzvlərinizlə münasibətlərdə mənasız, yersiz gərginlik yaratmayın. Münaqişəyə səbəbkar olmayın.

Axşam saatlarını sakit və rahat ortamda keçirin.

Şir – Sizin vaxtınızdır. Önəmli saydığınız məqsədə çatmaq üçün seçdiyiniz istiqamətdə qətiyyətlə, sürətlə irəliləyin. Situasiyanı planınıza uyğunlaşdırmaq üçün vacib addımları atın.

Bütün yükü öz üzərinizə götürməyin. Belə davranış rasional deyil.

Günün ikinci yarısında münasibətləri dramatikləşdirməyin. Əks təqdirdə hadisələrə nəzarət rıçaqlarını əldən verəcəksiniz. Yaxınlarınızdan biri ilə kəskin diskussiya, hətta münaqişə istisna deyil. Tərəfdaşlar və şəriklərlə ünsiyyətdə yalan danışmayın. Daxili balansa nail olun.

Qız – Sağlam həyat tərzini seçin. Xarici görkəminizdə və ümumiyyətlə, yaşamınızda nəyi dəyişəcəyinizə qərar verin. Aktiv olun, intensiv fəaliyyət göstərin. Ötənlərdə özünü dəfələrlə doğrultmuş metodları seçin.

Günün ikinci yarısında yazışmalarda və hesabatlarda sərvaxt olun. Məsləhətlərə qulaq asın. Təcrübə mübadiləsində xeyir var.

Yaxınlarınızdan biri yardım gözləyir. Planlarınızı pozmamaq şərtilə həmin adama kömək edin. Az sonra başlanacaq hadisələrin heç olmazsa, bəzilərini təxminləməyə can atın.

Tərəzi – Qarışıq, mürəkkəb zamandır. Sizdən əlahiddə səbr və təmkin tələb olunur. Sizi münaqişəyə cəlb etməyə çalışacaqlar. Oyun qaydaları, qarşılıqlı münasibətlərin sxemləri dəyişir. Maraqlarınızı mütləq təmin etməyə çalışın.

Günün ikinci yarısında söhbətlərdə və təmaslarda nəyisə tələb etməyin, inadkar insan təsiri bağışlamayın. Gələcəyə baxın, bu günlə yaşamayın. Yaradıcı potensialınızı tam nümayiş etdirə biləcəyiniz işlə məşğul olun.

Axşam saatlarında soyuqdəymə və ya zökəm riski var.

Əqrəb – Mürəkkəb əlaqələr hərəkətə gələrək yeni imkanlar yaradacaq. Şanslardan yararlanın. Əlavə seçim imkanı formalaşır. Bir neçə variantı nəzərdən keçirin. Perspektivi ola biləcək mövzu çərçivəsində fəaliyyət daha effektivdir.

Günün ikinci yarısında situasiyaya təsir edərək nöqsanları aradan qaldırın.

Ötənlərdə baş vermiş hadisənin əks-sədasını dəqiq qiymətləndirin. Daxili gərginlikdən qurtulun, laübəli vəziyyətdə zəruri konkretliyə nail olun. Suallara cavab arayın.

Şəxsi münasibətlərdə qarşılıqlı iradlar, incikliklər istisna deyil. Güzəşt çətin olsa da, labüddür.

Oxatan – Yanınızdakı insanların davranışlarında və sözlərindəki dəyişikliklərə fikir verin. Yaşananların məzmununu anlamağa çalışın.

Məramlarınızı sürətlə dəyişməyin, yaxşı tanımadığınız insanlara sirr verməyin. Diqqətinizi önəmli saydığınız məsələyə yönəldin. Bir işlə məşğul olun.

Gərginlik və narazılıq çox asanlıqla münaqişəyə çevrilə bilər. Emosiyalarınıza nəzarət edin.

Günün ikinci yarısında səhhətinizə fikir verin. Stress və əsəblərin tarıma çəkilməsi ürək-damar sistemində problemlər yarada bilər.

Yaradıcılıq imkanlarınızı stimullaşdırın. Yaxşı xəbər ala bilərsiniz. Axşam saatlarında normal istirahət edin.

Oğlaq – Maraqlandığınız işlə məşğul olun. Həmkarlara, tərəfdaşlara, şəriklərə təzyiq göstərməyin. Gözlədiyiniz önəmli görüş və ya söhbət baş tutacaq. Maraqlarla məqsədləri razılaşdırsanız, işlərdə daha ciddi irəliləyişlərə nail ola bilərsiniz.

Günün ikinci yarısında rəqabət situasiyası güclənəcək. Mövqelərinizi möhkəmləndirə biləcək informasiyanı arayın. Zəifliklərinizin köləsi olmayın. Gərəksiz münasibətlərdən, önəmini itirmiş əlaqələrdən və qeyri-aktual təmaslardan qurtulun. Ətrafınızdakı vurnuxma güclənəcək.

Dolça – Seçim zamanıdır. Mövqelərinizi möhkəmləndirin, yaxın ətrafınızdakı insanların sizə təzyiq məqsədilə reallaşdırdıqları manipulyasiyaların qarşısını alın. Eyni vaxtda bir neçə işlə məşğul olmayın. İzafi tələskənlik problemlər yarada bilər.

Çalışdığınız kollektivdə günün ikinci yarısında yeni prioritetləri və məqsədləri bəlirləmək olar. Ambisiyalarınız ifrat olmasın. Aramla fəaliyyət göstərin.

Axşam saatlarına yaxın mühüm görüş, önəmli xəbər istisna deyil.

Standart həllər zamanı deyil. Bir qədər orijinallıq edin.

Dəyişikliklərin məzmununu anlamağa çalışın.

Balıqlar – Əvvəlcədən hazırladığınız plan üzrə fəaliyyətinizi davam etdirin. Ştrix və detalları hazırlayın, işlərin gedişatına ciddi fikir verin. Münasibətlərdə problemlər yaratmayın. Fiziki işdə xeyir var. Aktiv, mütəhərrik, çevik olun. Tapşırıqları vaxtında yerinə yetirin. Yardım istəməyin.

Günün ikinci yarısında emosiyaların tarıma çəkildiyi situasiyalarda təmkinli davranın. Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı əlaqələri intensivləşdirin. Şərtlərlə barışın, axına qarşı hərəkət etməyin. Sizə birbaşa dəxli olmayan məsələləri ürəyinizə salmayın.

Xəbər 1061 dəfə oxunub






Oxşar xəbərlər

BU GÜN AŞURADIR - ZİYARƏTGAHLARDA CANLANMA VAR
Ərdoğan ABŞ-la strateji tərəfdaşlığa ümid bəsləyir
Küveyt parlamentinin sədri Azərbaycana gəlib
GÖMRÜK İNSPEKTORU VƏZİFƏSİNDƏN QOVULDU - Rüşvətə görə
Azərbaycanda Neftçilər günüdür
İlyas İsmayılovun oğlu öldürülüb; qatil polis polkovnikidir!
Hindistanda “islam boşanması” qadağan olundu
Bəşər Əsəd də Putinə başsağlığı verib
DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr
“Soçi görüşü bölgə üçün daha fərqli bir ümid yaradacaq”
Ekspertdən kreditlərlə bağlı vacib açıqlama
İnam Kərimov Gəncədə - ADAU-da yeni dərs ilinin açılışında olub
Azərbaycana payız fəsli nə zaman gələcək?
18 yaşlı tələbə qız ölkə gözəli oldu - FOTO
Fikrət Qocanın nəvəsi Heydər Əliyevlə birgə hərbi xidmətdə - VİDEO - FOTOLAR
Fövqəlnazirin yeznəsi DGK-da işdən çıxarıldı
Ağstafada ŞOK olay - iki maskalı avtomatdan atəş açdı və...
Türkiyədə “Resmi Gazete” bağlanıb
16 yaşlı gənc su quyusuna düşüb öldü
Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14198] initstartout [0.00016] initstartin [0.00056] calstart [0.00730] calend [0.00041] topnewsend [0.00348] rsssend [0.00000] ehgend [0.02978] tagsstart [0.00050] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09976]