SƏRİN XƏBƏR: Havalar sərinləşəcək

  • 04 iyul 2018, 09:29

İyulun 5-dən Azərbaycanda havanın temperaturu enəcək.

Demokratik.Az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat sektorunun müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, ölkə ərazisində havanın temperaturunun aşağı enməsi iyulun 8-nə kimi müşahidə ediləcək:

"Arabir güclənən şimal-qərb və şimal küləyi üstünlük təşkil edəcək. Hava sərin keçəcək”.

Umayra Tağıyeva qeyd edib ki, iyul ayının ikinci və üçüncü ongünlüyünün bəzi günlərində Azərbaycanda yenidən anomal istilər olacaq.

Demokratik.Az

Oxşar xəbərlər