Ruslar Azərbaycan pomidoruna görə üsyana qalxdılar

  • 02 iyul 2018, 15:10

Rusiyanın Vladivostok şəhərinin mərkəzi bazarında yerli sakinlər Azərbaycan pomidoruna görə, elə bazardaca etiraz aksiyası keçiriblər. 

Musavat.com-un yerli KİV-lərə istinadən məlumatına görə, buna səbəb azərbaycanlı satıcıların pomidorun bir kiloqramını 580 rubla satmaları olub. Bu isə təxminən 17 manata yaxın pul edir.

Alıcılara yolun uzunluğu, daşıma xərcləri barədə izahat verilsə də, onlar qiymətin aşağı salınmasını tələb ediblər. Bundan sonra azərbaycanlı satıcılar qiyməti aşağı salmağa məcbur olublar.

Oxşar xəbərlər