Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

21:23 - 19.01.2019  
MTN generalları “qırmızı zon”da
Tarix: 29-06-2018, 09:58 | Bölmə: Xəbərlər » Kriminal

Onlar 9 saylı cəzaçəkmə müəssisəsinin xüsusi korpusunda saxlanılır

MTN generalları “qırmızı zon”daLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov Binə qəsəbəsindəki 9 saylı cəzaçəkmə müəssisəsində, xüsusi korpusda saxlanılırlar. Onlar bu müəssisəyə iyunun əvvəlində köçürülüblər.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il azadlıqdan məhrum ediliblər. Məhkəmə Akif Çovdarov və digərlərinin rütbəsinin alınması barədə xüsusi qərardad çıxarıb. Həmçinin Akif Çovdarov və digərlərinə məxsus, üzərinə həbs qoyulmuş əmlakların müsadirə olunması barədə qərar qəbul edilib.

2015-ci il oktyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş tutan əməliyyat Eldar Mahmudovun nazir kreslosunu itirməsi, mərkəz, idarə və şöbələrinin bir sıra əməkdaşlarının istintaqa cəlb edilərək həbs olunmaları ilə nəticələndi.  4-ü general olmaqla, ümumilikdə 19 MTN-çi həbs edildi. Elə həmin günlərdə xəbər yayılmışdı ki, Eldar Mahmudovun generalları və digər işçiləri üçün zonun içində ayrıca korpus tikilir. Gələn son məlumatlara görə, korpus 1 ilin içində tikilərək təhvil verilib. Həmin korpusa köçürülən və köçürüləcək "MTN işi” üzrə həbsdə olan MTN-çilərin siyahısını bir daha təqdim edirik: 

MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov;

MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev;

MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev;

MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov;

Monitorinq Mərkəzinin əməkdaşları:

Fərhad Atayev,

Anar Şirəliyev,

Eşqin Əliyev,

Elşad Əzizov;

Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi, polkovnik Fizuli Əliyev;

İstintaq Baş İdarəsinin rəis müavini, şöbə rəisi, polkovnik-leytenant Vüsal Ələkbərov;

MTN-in Baş Əks Kəşfiyyat İdarəsinin şöbə rəisi polkovnik Mirəziz Əsgərov;

MTN polkovniki Mehman Abdullayev;

MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin şöbə rəisi Akif Əliyev;

MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin baş əməliyyat müvəkkili Anar Hüseynov;

MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsindəki idarələrdən birinin rəisi Səlim Məmmədov;

Həmin idarənin işçisi Orxan Osmanov;

Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi Natiq Alıyev;

Əməliyyat-texniki idarənin şöbə rəisi Zaur Məmmədov;

MTN-in şöbələrindən birinin sabiq rəis müavini Azər Mehdiyev.

Qeyd edək ki, "MTN işi” üzrə həbs olunanlar 2015-ci ildə Bakı İstintaq Təcridxanasına (BİT) köçürüləndən sonra da digər dustaqlardan təcrid edilmiş şəkildə saxlanılırdılar. Onlara münasibət də digər dustaqlardan bir qədər fərqli idi - pulla hüquqlarını gerçəkləşdirmək imkanları minimuma endirilmişdi. Bu münasibətin MTN-çilərin şəxsi əlaqələrindən istifadə edərək istintaqa, zərərçəkənlərə təzyiq etmək imkanlarının qarşısını almağa yönəldiyi bildirilirdi.  Həmin günlərdə bilinirdi ki, MTN-çiləri barələrindəki ittihamedici hökmdən sonra da eyni rejimdə saxlayacaqlar. Bunun üçün 9 saylı cəzaçəkmə müəssisəsində həbsdəki MTN-çilər üçün xüsusi korpus tikilmişdi. Kriminal aləmdə "qırmızı zon” adlanan həmin cəzaçəkmə müəssisəsində xüsusi nəzarət altında, digər məhkumlardan təcrid olunmuş vəziyyətdə saxlayacaqlar. Bunun özəl səbəbləri var. Əsas səbəb budur ki, "dəmir barmaqlıq” arxasına salınan MTN-çilərin xidmətlə əlaqəli əldə etdikləri informasiyalar azı 50 il aktuallığını saxlayır. Həmin informasiyaları onlardan digər məhkumların ala bilməsi ehtimalı var.

 "MTN işi” ilə bağlı 130 epizod araşdırılıb və məhkəmədə müvafiq qiymət verilib. MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərərçəkmiş şəxs qismində tanınmışdı. Bu gün zərərçəkənlərin əksəriyyəti MTN-çilər barəsində çıxarılan hökmlə razı deyillər.

"Yeni Müsavat”

Xəbər 1030 dəfə oxunub






Oxşar xəbərlər

Baş bankirin ailəsi 2015 devalvasiyasından sonra necə varlanıb? - ARAŞDIRMA / RUSCA
Tehranın Qarabağ siyasəti dəyişdimi, yoxsa..
2319 məhkumun cəza müddəti azaldıldı
Fransada erməni mafiozlar həbs olundu
Abel Məhərrəmov toyda “Yallı” oynadı – VİDEO
Seksoloq: “60 yaşa kimi bakirəliyin qorunması qürur məsələsi deyil”
Bakıda güclü külək 40-a yaxın ağacı aşırıb
Müğənnilər toya nə qədər pul yazdırır?
Mehriban Əliyeva "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edildi
Azərbaycan XİN Rusiyaya cavab verdi
Məmurlardan lüks avtomobillər alınır?
Zimbabvenin Prezidenti Azərbaycanda səfərdədir
Meşədə qadının kəsilmiş bədəni tapıldı - VİDEO
Kikboks Federasiyasının vitse-prezidenti həbs edilib
"19 yanvar mitinqi cəmiyyətdəki aktivliyi öldürəcək" — İqbal Ağazadə ilə MÜSAHİBƏ - VİDEO
Baş melioratorla baş bankirin Avropada parıldayan qudalıq BİZNESLƏRİ - fotofaktlar
Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
Bakı yaşamaq üçün ən rahat şəhərlər sırasında niyə yoxdur?
Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır
Məktəbdə terror - 8 ölü, 10 yaralı
”Lotu Quli” Türkiyəyə qayıtdı?
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Nazir 5 polis rəisi təyin etdi, ikisini sərəncama götürdü
Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR
Bölgələrə güclü qar yağır
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?
Astanada 20 Yanvar şəhidləri anılıb
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
İran ordusunu Suriyadan çıxarmayacaq - SEPAH
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu
Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı
Qızı polis bölməsində zorladılar - ŞOK TƏFƏRRÜAT
PREZİDENT "SAM"I DA LƏĞV ETDİ - SƏRƏNCAM
Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib
AZTV-nin yeni rəhbəri kimdir?
Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını "qaz" alandırdı
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Xidmət və iaşə sektorundakı qiymət xaosu
Struktur islahatları başladı – nazirlik "Azərsilah" ASC-yə çevrilir
Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır
Göygöldə qanunsuz ov edənlər saxlanılıb
Heydər Əliyevin qohumu olan şəhid anası da "qanpulu"nu ala bilmir - MÜRACİƏT

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13394] initstartout [0.00016] initstartin [0.00083] calstart [0.01305] calend [0.00066] topnewsend [0.00502] rsssend [0.00000] ehgend [0.01912] tagsstart [0.00060] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09446]