Ermənistanın müdafiə naziri qumarda uduzdu

  • 25 iyun 2018, 12:12

Ermənistanın müdafiə naziri David Tonoyan, ekologiya naziri Erik Xaçatryan, fövqəladə hallar naziri Qraçya Rostomyan və diaspor naziri Mxitar Ayrapetyan ötən istirahət günlərini "səmərəli” keçiriblər.

Virtualaz.org "Sputnik”ə istinadən xəbər verir ki, dövlət işlərini bir kənara qoyaraq, dörd nazir birlikdə bolet (preferansın növlərindən biri) oynayıblar. Bu barədə diaspor naziri özünün "Facebook” səhifəsində yazıb.

"Təbiətin mühafizəsi naziri bağışlasın, amma Rostamyanla birlikdə müdafiə nazirini böyük çətinliklə uda bildik”, - Ayrapetyan qeyd edib.

Şəkildə görünən fona əsasən mənbə bildirir ki, nazirlər qumar oynamaq üçün Tsaxkadzor kurort şəhərinə toplaşıblarmış.


 


 

Oxşar xəbərlər