Demokratik TV
Xəbər lenti
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
- 18 iyun 2018, 12:22
Astara rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Bakıda yaşayan tanınmış hüquqşünas, əslən Lənkərandan olan 4 dekabr 1984-cü il təvəllüdlü Fuad Rəhimov Ramazan bayramı ilə əlaqədar doğma rayonuna gedib.
O, ailə üzvləri ilə birgə Astara rayonunun Kijəbə qəsəbəsi ərazisində yerləşən Lovain su anbarının ətrafında istirahət edərkən bacısının azyaşlı qızı suda boğumaq təhlükəsi yaşayıb.
F.Rəhimov suya atılaraq uşağı xilas etsə də, özü boğularaq ölüb. Mərhumun meyiti sudan çıxarılaraq Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Qeyd edək ki, F.Rəhimov bu il keçirilən vəkillik imtahanından uğurla keçibmiş. Vəkillər Kollegiyasının sədri Anar Bağırovgənc hüquqşünasın vəfatı ilə bağlı başsağlığı verib və ona vəkil vəsiqəsini təqdim edə bilmədiyinə görə məyusluğunu ifadə edib.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Meyxanaçı öldü
Gənc oğlanı maşın vurub öldürdü
Əfqan Muxtarlının bacısı və iki azyaşlı qohumu evdə ölü tapılıb
İmişlidə ov edən ərəblər öldü
Vəkillər Kollegiyasının keçmiş sədri vəfat etdi
"Femida" qəzetinin baş redaktoru dəm qazından boğularaq ölüb
Dispanserdə ölən 16 nəfərin meyiti bu gün ailələrinə təhvil veriləcək
Mingəçevirdə ölüm! azyaşlı oğlan suda boğulub
Vəkillər Kollegiyası 18 yeni vəkilə vəsiqə verdi
Narkoloji Mərkəzdə həlak olanlardan 9-nun meyiti ailələrinə təhvil verilib
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti